KADR İŞİ

İş görüşündə edilən ən böyük səhvlər
21 MAY
574

İş görüşündə edilən ən böyük səhvlər

2016-05-21 10:03:00

İş görüşləri (müsahibə) yeni bir işə girmək üçün ən mühüm addımdır. Fins.az "Marja"ya istinadən xəbər verir ki, Business Insider-ın yüzlərlə insan resursları mütəxəssisi ilə apardığı araşdırma nəticəsində iş görüşlərində edilən böyük xətalar sadalanıb.

17- 20 dəqiqə tez gəlmək

Görüşə tez gəlmək yaxşı bir davranışdır. Amma gərək olduğundan çox erkən orada olmaq, sizinlə görüşəcək adamı təzyiq altına sala bilər. Bu səbəbdən ən idealı 5-10 dəqiqə əvvəl orada olmalısınız.

16- Çox ümumi danışmaq

Məlumatlarınızı və təcrübənizi qarşınızdakına çatdırmaq üçün çox məhdud bir vaxtınız var. Bu prosesdə suallara yalnız bəli-xeyr cavab versəniz, həm görüşü aparan adamı söhbəti davam etdirmək üçün çox yorarsınız, həm də siz özünüzü ifadə edə bilməzsiniz.

15- CV-ni çap edib gətirməmək

Əvvəlcədən elektron poçt vasitəsi ilə CV göndərmiş olsanız belə, çap şəklini yanınızda gətirməlisiniz. Bu vəziyyət sizin mütəşəkkil ola bilən, məsuliyyətli biri olduğunuzu əks etdirir.

Eləcə də bax: Müdirinizin işdən çıxacağını göstərən – 19 ƏLAMƏT

14- CV-də yazı səhvi etmək

Qarşınızdakına zəkalı biri olduğunuzu göstərməyiniz üçün CV-nizdə yazılış səhvi etməmək böyük əhəmiyyət daşıyır.

13- Nəfəsin pis iy verməsi

Hər kəs ağzı qoxuyan birindən uzaq durmağa çalışır. Bu səbəbdən görüşməyə girmədən öncə saqqız çeynəyin və görüş ərəfəsində atın.

12- Özünüzü yaxşı təqdim edə bilməmək

Kimsiniz, nə barədə yaxşısınız, hədəfləriniz nədir? Söhbət edən adam sizdən məhdud müddətdə gözəl bir təqdimat gözləyir. Bu səbəbdən qarşınızdakına qısa müddətdə özünüzü düzgün tanıdmaq üçün əvvəlcədən hazırlıq görün.

11- İstehzalı və mənfi olmaq

Çox şən olmağınızı kimsə sizdən gözləmir; Lakin qarşı tərəf sizi işə götürəcəksə, deməli sizinlə uzun müddət eyni ofisdə çalışacaqdır. Mənfi bir iş həyatını keçirməyi heç kəs seçim etməz.

Eləcə də bax: İş müsahibəsində verməli olduğunuz - 21 SUAL

10- Təkəbbürlü olmaq

İş yeri, görüşdüyünə görə sizinlə məşğul olur; Lakin bu vəziyyət sizin özünüzü bir pop-ulduz güman etməyinizə səbəb olmasın.

9- Görüşə getdiyiniz iş sahəsi ilə bağlı bir şey bilməmək

Əgər bir iş üçün görüşə gedirsinizsə, o iş üçün lazım olan əsas məsələlər haqqında məlumat sahibi olmalısınız.

8- CV-ni tanınmış sayta link verərək göndərməmək

İnsan resursları rəsmilərinin çoxu gələn maillərdə əlavələri virus olacağından ehtiyat edərək açmaq istəmirlər. Bu səbəbdən CV-nizi tanınmış bir sayt (Linkedin) üzərindən link verərək göndərin.

7- Görüşə T-shirt ilə getmək

Gəncsiniz və idman tərzində geyinməyi üstün tuta bilərsiniz. Geydiyiniz T-shirt sizi "cool" göstərsə belə, qarşınızdakı bu işə çox ciddi yanaşmadığınız fikrinə qapılacaqdır.

6- İlk görüşdə maaş "bazarlığı" etmək

İlk görüşdə əməkhaqqı barədə danışmaq üçün uyğun bir zaman deyil. Bəli, vaxt itkisi olmaması baxımından bəlkə də məntiqlidir, lakin şirkətlər adətən işə qəbul edəcəkləri adamı əvvəl xüsusiyyətlərinə görə qiymətləndirib, sonra o xüsusiyyətlərə görə maaş müəyyənləşdirirlər. Bu səbəbdən söhbət etdiyiniz yerə bir az vaxt verməlisiniz. Həmçinin çox tamahkar görünmək işinizə də yaramaz.

5- Sosial mediadakı fotolar

Şirkətlər artıq işə qəbul prosesində sosial media hesablarını nəzərdən keçirir. Bu səbəbdən hesabınıza düzgün şəkilinizi yerləşdirsəniz faydalı olar.

Eləcə də bax: «Goldman Sachs»da işə qəbul zamanı verilən - 23 SUAL

4- Görüş zamanı yemək

Əgər iş görüşünüzü kafe tərzi bir yerdə keçirirsinizsə yemək yeməməlisiniz. Çünki bu qarşınızdakının yalnız diqqətini dağıdacaqdır.

3- Aşağı enerjili olmaq

İş görüşündəki enerjiniz çox həlledicidir. Aşağı rejimdə getdiyiniz bir görüş, sizin işi o qədər də çox istəmədiyiniz hissini əks etdirə bilər.

2- Təraş olmağı unutmaq

Saqqal saxlamağı sevə bilərsiniz, amma qarşınızdakına səliqəli olmağınız üçün təraş olmalısınız.

1- CV-ni çox uzun yazmaq

Qarşınızdakı ilə çox vaxtınız yoxdur. Qısa və yığcam şəkildə özünüzü danışmağınız lazımdır. Səhifələrlə göndərilən bir CV-ni, əmin olun ki, çox işə qəbul mütəxəssisi oxumayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275