KADR İŞİ

Müdirinizin işdən çıxacağını göstərən – 19 ƏLAMƏT
20 MAY
3100

Müdirinizin işdən çıxacağını göstərən – 19 ƏLAMƏT

2016-05-20 11:56:00

Rəhbərliyin rəftarı müsbət və ya mənfi mənada sizin işinizə də təsir edə bilər. Ona görə müdirinizi izləyin. Müdirin işə olan həvəsi itdikdə, bu, şirkətin və işçilərin həyatına, o cümlədən bizim məhsuldarlığımıza da təsir edir. Kadrlar üzrə mütəxəssis, kouç və “Ofis tiranını necə ram etməli?” (Tame Your Terrible Office Tyrant) kitabının müəllifi Linn Teylor deyir ki: “Əgər siz müdirinizin “söndüyünü” hiss edirsinizsə, bunun səbəbi ilə maraqlanmalısınız.

Faktları qarşılaşdırıb, səbəbi müəyyən edin, bəlkə də o, işdən çıxmağı planlaşdırır”. Əlbəttə, ehtimallar fərqli olur: bəzən insan işin həcmiylə bacarmır və iş münasibətlərini birinci pozmaq istəyir, bəzən isə onu daha cəlbedici təklif yoldan çıxarır. Bununla belə, əksər hallarda əlamətlər ümumi olur – işə münasibət dəyişəcək.

Bu, çox vacibdir, belə ki, müdirin işə rəftarı sizin karyeranıza da təsir edə bilər – müsbət və ya mənfi mənada. Fins.az müdirinizin işdən çıxacağını göstərən 19 əlaməti təqdim edir:

1. Rəftarda dəyişikliklər

Vacib olan odur ki, hər şey əvvəlki kimi deyil. Əvvəllər bu insan dostluqsevər idi, indi isə özünə qapılıb. Yaxud əvvəllər özünü introvert kimi aparırdısa, indi özünü elə aparır ki, elə bil, lotereyada udub. Dəyişikliklər müxtəlif ola bilər və özünü həm fəaliyyətsizlik şəklindı, həm də, əksinə, həddən artıq aktivlik şəklində biruzə verə bilər. Hər şey müdirə işdən getməyin lazım olub-olmamasından asılıdır.

2. Şirkətdaxili kadr və ya struktur dəyişikliyi

Şirkətdaxili struktur dəyişikliyi və ya ixtisarlar əksər hallarda “qabaqdan gəlmişlik edib işdən çıxma”ğa təhrik edir. Belə ki, insan əvvəlcədən başa düşür ki, işlər onsuz da bununla nəticələnəcək və şirkətdəki struktur dəyişiklikləri bu ehtimalı yüksəldə bilər

3. Həvəssizlik

Əgər müdir yeni işindəki gələcəyinə əminliklə baxırsa, çox güman ki, indiki iş yerindəki layihə tarixlərinə həvəssiz yanaşacaq.

4. Məzuniyyət və xəstəlik günlərinin çoxluğu

Əgər əvvəllər 15 dəqiqədən artıq nahar etməyən müdirin birdən-birə asudə vaxta ehtiyacı yaranmağa başlayırsa, böyük ehtimal ki, o, işdən getməyə hazırlaşır. Onun sərbəst şəkildə iş müsahibələrinə getmək üçün “gözdən itməyə” ehtyacı var. Bundan başqa, böyük ehtimalla, getməzdən əvvəl o, bütün məzuniyyətini və ya ödənilən xəstəlik günlərinin hamısını istifadə etmək istəyir.

5. Ona çoxdan gözlədiyi və layiq olduğu vəzifəni verməyiblər

Sizin müdiriniz çoxdan vəzifə yüksəlişinə can atır, lakin bu vəzifəni başqasına veriblər? Hər kəs bu vəzifəyə onun layiq olduğunu deyir? Böyük ehtimalla o, özünü təhqir edilmiş hiss edir və öz istedadını başqa şirkətlərdə nümayiş etdirmək qərarına gələcək.

6. Qəfil qeyri-səmimilik

Əvvəllər müdiriniz sizinlə söhbət etməyi xoşlayırdı, indi isə sözlərini ehtiyatla seçir, göz kontaktından və bir yerdə artıq dəqiqə keçirməkdən qaçırsa, demək ki, o, başa düşür ki, sizə etibar etsə, öz karyerasını sual altında qoya bilər.

7. Şikayətlər

Əgər sizin müdiriniz qəfildən direktor barədə, korporativ mədəniyyət və ya şirkətdəki bəzi hadisələr barədə şikayətlənməyə başlayırsa – bu, daha bir əlamətdir. O, sizə rəhbərliyin pis rəftarı barədə şikayətlər edə bilər və siz onun yerinə keçib-keçməməyin yaxşı fikir olub-olmaması barədə düşünəcəksiniz.

8. Hipotetik suallar

Əgər müdiriniz sizə işə aid olmayan fərziyyəvi suallar verirsə, o, sizi yeni gedəcəyi işə tovlayıb aparmaq istəyir. Bu, sizin gələcək planlarınız barədə suallar ola bilər, öhdəliklərinizi dəyişmək istəyirsinizmi və ya köçmək fikriniz varmı və s.

9. Daha az səlahiyyət

Daha bir əlamət: sanki müdirin səlahiyyətləri azalıb. O, artıq istənilən məsələni asanlıqla həll edə bilmir, sizin komandanın layihələri şirkətdən daha az resurs alır. İnsan təsir gücünü itirdikdə, o, çox vaxt işə marağını da itirir.

10. Qəfil itmək

Əgər sizin müdiriniz məşhur sehirbaz Qudini kimi birdən itməyə başlayırsa, çox güman ki, o, “aradan çıxmağı” planlaşdırır. Bu, çox səciyyəvi haldır: getməyi planlaşdıran adamı yerində tapmaq çətin olur. Siz onun planlarını bilmirsiniz, o, qəfil gəlir və itir (əsasən də, lazım olduğu vaxtda itməyə başlayır), nahara adi vaxtda getmir, onu işdə tutmaq üçün növbədə durmaq lazımdır – bu vaxt o, böyük ehtimal müsahibəyə yollanıb.

11. Xarici görünüşdə dəyişiklik

Bu, “gözlənilməz kostyum sindromu” adlanır. Əgər adi halda, müdiriniz işə cins və polo-köynəkdə gəlirdisə, indi isə həftədə bir dəfə kostyumda gəlməyə başlayırsa, böyük ehtimalla o, gizlincə iş müsahibəsinə gedir. Yaxud əskinə: əvvəllər çox ciddi geyinirdi, indi isə çox rahat geyinməyə başlayıbsa, ola bilsin ki, indiki işi onu artıq maraqlandırmamağa başlayıb.

12. Günahkar baxışlar

Əgər siz birdən müdiririnizi günahkar üz ifadəsi ilə tutursunuzsa, ola bilsin ki, o, az öncə yeni işi barədə telefonla danışıb və ya kiminləsə yazışıb.

13. Masası üzərində yeni nizam

Əvvəllər onun masasının üstündə kağızlar, sənədlər üst-üstə düzülürdü, indi isə tər-təmizdir. Ola bilər ki, bu, getməyə hazırlıqdır. Yaxud, əksinə, əvvəllər müdiriniz manyakcasına təmizkar idi, indi isə heç nəyi vecinə almırsa, bunu da bir siqnal olaraq qəbul eləmək olar. Daha bir əlamət – şəxsi əşyaların masa üzərindən itməsi. İki həftə əvvəl bütün kabinet üzrə müdirin ailə şəkilləri, kaktuslu dibçəklər düzülmüşdü, indi isə yavaş-yavaş yoxa çıxmağa başlayıbsa, ehtiyatlı olmaq lazımdır. Çox güman ki, müdiriniz asta-asta “aradan çıxmağa” hazırlaşır.

14. Gizlilik

Əgər siz müdirin yanından keçəndə o, kömpüterinin ekranını bağlayırsa, yaxud telefona cavab verməzdən əvvəl kabinetinin qapısını bağlamağa başlayıbsa, böyük ehtimalla, müdiriniz yeni iş axtarır.

15. Sizi daha öyrətmirlər və kolleqalarla tanış etmirlər

Əgər müdiriniz sizin “işdəki taleyiniz”də canlı iştirak edirdinizsə, sizə öz bildiklərini öyrədir və faydalı insanlarla sizi tanış etməyə çalışırdısa, indi isə hansısa səbəblərdən daha etmirsə, yəqin ki, müdiriniz onu bu işlə bağlayan əlaqələri tədricən qırmağa başlayır.

16. Rəhbərliklə özəl görüşlər

Əgər müdiriniz son vaxtlar rəhbərliklə tez-tez görüşməyə başlayıbsa, çox güman ki, o gedir. Lakin bu, həm də vəzifə yüksəlişi və ya başqa departamentə keçidlə də əlaqəli ola bilər. Lakin əgər bu əlamət digər əlamətlərlə üst-üstə düşürsə, bu da getməyə işarə ola bilər.

17. Sizin iş yükünüzün artması

Menecer işdən çıxmazdan əvvəl öz işini tamamlamaq istəyə bilər. Bu, müsbət haldır: daha çox məsuliyyət – daha böyük imkanlar. Bundan başqa, bu, bilavasitə sizin öz iş yerinizi itirməyəcəyinizə zəmanət ola bilər.

18. İşlərin səliqəyə salınması

Əgər müdir tələsik işləri səliqəyə salmağa çalışırsa, sizi vacib kontragentlərlə tanış edir və layihələrdə sizə kömək edirsə, bu, onun getməyinə işarədir.

19. Sizin daxili hissləriniz sizə nəsə deyir

Əgər intuisiyanız sizə müdirinizin işdən çıxdığını deyirsə, çox güman ki, bu, elədir. İnturisiya – cəfəngiyat deyil. Bu, sizin təhtəlşüurunuzun səsidir. Biz şüur altında yüzlərlə faktı analiz edirik və bunun nəticəsi intuisiyalarımızda özünü biruzə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272