KADR İŞİ

Prezidentdən "icra başçısı" təyinatı
19 MAY
2745

Prezidentdən "icra başçısı" təyinatı

2016-05-19 13:13:00

Prezident İlham Əliyev 2 rayonun icra başçısı ilə bağlı sərəncam verib. Fins.az xəbər verir ki, sərəncama əsasən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Yardımlı İcra hakimiyyətinə rəhbər təyin olunub.  

Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə rəhbəri Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovu vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Prezident Qazaxa icra başçısı kimi isə Rəcəb Abas oğlu Babaşovu təyin edib.

Mənbə: "Qafqazinfo"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272