KADR İŞİ

«Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol»- TƏLİM KEÇİRİLİB
06 MAY
578

«Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol»- TƏLİM KEÇİRİLİB

2016-05-06 10:01:00

Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsi çərçivəsində bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminarlar davam edir. Layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunur.

Layihə çərçivəsində Bakı Dövlət Universitetinin, Əmək və Sosial Münasibətlər Akademiyasının, Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin tələbələri mayın 4-də Azərbaycan Sənaye Bankında oldular. Bankdan fins.az-a verilən məlumata görə, Təlimdə Bankın Müştəri Xidmətləri Departamenti, Kredit Departamenti, Plastik Kartlar Departamenti və Risklər Departamentinin əməkdaşlar çıxış etdilər.

Bankın peşəkar əməkdaşları tələbələrə bank haqqında ümumi məlumat, kreditlər, onların verilmə prinsipləri, müxtəlif kredit anlayışları, həmçinin plastik kartlar, kart sistemlərinın işləmə mexanizmləri, kartlarla əməliyyatlar zamanı fırıldaqçılıqlar və s. haqqında ətraflı məlumat verdilər. Təlimin sonunda tələbələrə bank riskləri haqqında məlumat verildi. Təlimdə tələbələr olduqca aktiv iştirak etdilər, onları maraqlandıran sualları təlimçilərə ünvanladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272