KADR İŞİ

Dövlət komitəsində yeni təyinat
04 MAY
468

Dövlət komitəsində yeni təyinat

2016-05-04 11:29:00

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib. Fins.az xəbər verir ki, bu vəzifə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayevə həvalə olunub. O, aprelin 13-dən vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, bu təyinata qədər DSK-nın aparat rəhbəri Vahab Məmmədov olub. V.Məmmədov prezident İlham Əliyevin fevralın 17-də imzaladığı sərəncamı ilə DSK sədrinin birinci müavini təyin edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272