KADR İŞİ

İqtisad Universitetində yeni dekan təyin edilib
21 APREL
762

İqtisad Universitetində yeni dekan təyin edilib

2016-04-21 20:48:00

Aprelin 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevi kollektivə təqdim edib.

Gəray Musayevin 2014-cü ildən UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışdığını bildirən rektor, onun bu illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.

Rektor Maliyyə və mühasibat fakültəsinin modern fakultə olmasını istəyirik deyə, bildirib. Bunun üçün də UNEC-in qarşıda duran hədəflərini həyata keçirmək üçün hazırlanan layihələri bu fakultə ilə reallaşdıracağıq.

Rektor bu istiqamətdə pilot kafedra olaraq Maliyyə və maliyyə institutları kafedrasının seçildiyini bildirib. Nəticədə, qısa zamanda UNEC yeni imici ilə meydana çıxacaq, deyə rektor qeyd edib.

UNEC-in ən böyük fakültəsi olan Maliyyə və mühasibat fakültəsində görüləcək işlərdən danışan rektor bildirib ki, fakultə dərslərin təşkili və keyfiyyəti baxımından tək Azərbaycanda yox, regionda da diqqət çəkən fakültələrdən biri olacaq. Tələbələrlə işin önəmini vurğulayan rektor, tələbə müraciətlərini operativ cavablandrmaq üçün fakultə daxilində yeni qurumun yaradılmasına ehtiyac olduğunu bildirib.

Sonra Ə.Muradov fakultənin kafedra müdirləri ilə görüşüb. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində görüləcək işlərdən, qarşıda duran perspektivlərdən söz açılıb.

Qeyd: 2015-ci ildə UNEC-də idarəetməni təkmilləşdirmək məqsədi ilə Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi yaradılıb. Tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Bank işi, Maliyyə, Vergi və vergiqoyma kafedraları ləğv edilərək və həmin kafedraların bazasında Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mühasibat uçotu və İqtisadi təhlil və audit kafedralarının bazasında isə Mühasibat uçotu və audit kafedrası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272