KADR İŞİ

«Goldman Sachs»da işə qəbul zamanı verilən - 23 SUAL
20 APREL
887

«Goldman Sachs»da işə qəbul zamanı verilən - 23 SUAL

2016-04-20 13:49:00

«Goldman Sachs»da verilən ən hiyləgər sualları təqdim edirik. «Goldman Sachs»da iş qazanmaq üçün yaxşı mütəxəssis olmaq lazımdır. Lakin bu kifayət deyil. Təcrübə, qabiliyyət və motivasiyadan əlavə, intervyueri korporativ mədəniyyətə uyğun olduğunuza inandırmalısınız. Ümumilikdə, şirkətin imicinə zərər verməyəcək biri olduğunuzu göstərməlisiniz. «Glassdoor» saytında «Goldman Sachs»a işə düzələn zaman verilən hiyləgər suallar təqdim olunub. Bu sualları ən müxtəlif vəzifə üçün müraciət edən namizədlərə - yay təcrübəçisindən vitse-prezident namizədinə qədər verə bilərlər. 

1. «Əgər siz obyekt olsaydınız, bu, hansı obyekt olardı?» – maliyyə-analitiki vəsifəsi üçün.

 

2. «ABŞ sakinləri ümumilikdə ildə neçə kvadrat metr pizza yeyir?» – proqram-analitiki vəzifəsi üçün.

 

3. «Yaradıcılıq və ya effektivlik?» - əməliyyat şöbəsinin analitiki vəzifəsi üçün.

 

4. «Əgər treyder sizə razılaşmanı dərhal imzalamaq xahişi ilə yaxınlaşırsa, lakin siz bu müqavilənin şirkətə xeyir gətirib-gətirməməsi ilə bağlı müvafiq yoxlamalar aparmalısınızsa, siz nə edərdiniz?» – təcrübəçi-analitik vəzifəsi üçün.

 

5. «Sizin səmimi dostlarınızdan birindən sizin haqda hər hansı yaxşı və ya pis fikir söyləməyi xahiş etsəydik, nə eşidərdik?» – aşağı tədqiqatçı vəzifəsi üçün.

 

6. «Goldman Sachs»ın biznesinə təsir edə biləcək xəbər mövzularını sadalayın» – stajor-analitik vəzifəsi üçün.

7. «Siz elə bir restoranda ofisiant işləyirsiniz ki, burada çay pulları növbənin axırında əməkdaşlar arasında bölünür. Çox razı qalmış müştəri sizə böyük məbləğdə çay pulu verir və deyir ki, siz bu pula layiqsiniz və pulu digərləri ilə bölüşməyə ehtiyac yoxdur. Sizə məlumdur ki, bəzi ofisiantlar bəzən çay pullarını mənimsəyir. Bu zaman nə edərdiniz?» – hüquqşünas-analitik vəzifəsi üçün.

8. «Sizi günahkar olmadığınız bir işə görə həbs etsəydilər, nə edərdiniz?» – hedc-fond analitiki vəzifəsi üçün.

9. «Adolf Hitler haqda nə düşünürsünüz?» - əməliyyat şöbəsinin analitiki vəzifəsi üçün.

10. «Necə düşünürsünüz, maliyyə krizisinin səbəbi nədir?» - əməliyyat şöbəsinin analitiki vəzifəsi üçün.

11. «Kim kimə çox lazımdır, biz sizə, yoxsa siz bizə?», — ipoteka və özəl kapitalın idar edilməsi üzrə mütəxəssisi vəzifəsi üçün.

12. «Komanda da özünüzün lider kimi yox, adi əməkdaş kimi rolunuz haqda danışın» — korporativ xidmət və daşınmaz əmlak üzrə mütəxəssis vəzifəsi üçün.

13. «İndiyədək sizə rast gələn ən maraqlı biznes-ideya haqqında danışın», —analitik vəzifəsi üçün.

14. «Hesab edək ki, sizin 8 ədəd eyni görünüşlü şarınız və qolu tərəziniz var. Şarlardan birinin o birilərindən bir qədər ağır oluğunu bilirsiniz. Ən az sayda çəkməklə ağır şarı necə tapa bilərsiniz?», — stajor-proqramçı vəzifəsi üçün.

15. «Siz veb-brauzerə Google.com ünvanını daxil edəndə nə baş verir?», — praktikaçı-analitik vəzifəsi üçün.

16. «Tutaq ki, müştəri hər hansı müqavilənin bağlanmasında təkid edir, siz bilirsiniz ki, bu müqavilə gələcəkdə müştərinin özünə gəlir gətirməyəcək, amma bank üçün sərfəlidir. Nə edərdiniz?», - əməliyyatçı analitik vəzifəsi üçün.

17. «Sizi nə narahat edir?»,  - maliyyə analitiki vəzifəsi üçün.

18. «Özünüzün elə bir xüsusiyyətinizi göstərin ki, ona görə sizi işə götürmək lazım deyil», - əməliyyatçı analitik vəzifəsi üçün.

19. «Uğursuzluqla üzləşdiyiniz və vəziyyəti düzəldə bildədiyiniz hal barədə danışın», - köməkçi-praktikaçı vəzifəsi üçün.

20. «Əgər sizdən, bax bu 30-mərtəbəli binanı Qudzon çayının o biri sahilinə keçirməyi xahiş etsəydilər nə edərdiniz?», - texnoloji analitik vəzifəsi üçün.

21. «Müzakirə etdiyimiz işdə sizi əsəbiləşməyə məcbur edən və narahat edən hansısa xüsusiyət görürsünüzmü?», - əməliyyatçı analitik vəzifəsi üçün.

 

22. «Sizi internetdən istifadə etməməyə nə məcbur edə bilər?», - partnyorluğa namizəd üçün.

23. «Siz ofisdə ən gülməli 3 adamı müəyy etmək üçün proqramm yaratmalısınız. Bunu necə edərdiniz?», - texnoloji analitik vəzifəsi üçün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274