KADR İŞİ

«BakuBus»da əlavə 1500 iş yeri açılacaq - İLHAM ƏLIYEV AÇILIŞDA
18 APREL
948

«BakuBus»da əlavə 1500 iş yeri açılacaq - İLHAM ƏLIYEV AÇILIŞDA

2016-04-18 14:33:00

Bu gün prezident İlham Əliyev “BakuBus” MMC-nin ikinci deposunun açılışında iştirak edib. Fins.az-ın məlumatına görə, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni anda park edilməsi mümkündür. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, hazırda şirkətin Bakı şəhəri üzrə ümumilikdə 7 marşrut xətti ilə 170 avtobusu əhaliyə xidmət göstərir. Yeddi ay ərzində 24 milyona yaxın sərnişin daşınıb. “BakuBus” MMC-nin depoları fəaliyyətə başladıqdan sonra 1500-ə yaxın iş yeri yaradılacaq. Hazırda isə qurumda müxtəlif istiqamətlər üzrə 750-dək iş yeri açılıb. “BakuBus” avtobuslarının sərnişinləri və MMC-nin əməkdaşları qəzalara qarşı sığortalanıblar. Yaradılmış sistem vasitəsilə istənilən şəxs “BakuBus” MMC-nin saytına daxil olaraq avtobusların marşrut xəttini öyrənə və onları onlayn rejimdə izləyə bilər.

“BakuBus” MMC ilk dəfə olaraq hava limanı ekspress xətti də istifadəyə verib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.

Prezident İlham Əliyev “BakuBus” MMC-ın almağı planlaşdırdığı avtobuslara da baxıb. Bildirilib ki, bu avtobuslar sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyir.

Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında “Bakıkart”ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, “MilliÖn” aparatları da “Bakıkart” sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm “Bakıkart” əldə edə, həm də kartın balansını artıra bilərlər.

Prezidentə məlumat verildi ki, “BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Burada inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.

“BakuBus” MMC-nin ikinci deposu əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yaradılıb. Ümumi sahəsi 650 kvadratmetr olan yuma məntəqəsində eyni anda 3 avtobusun yuyulması mümkündür. Müasir yuyucu avadanlıqlar sərf olunmuş suyun 85 faizinin təmizlənərək təkrar istifadə etməyə imkan verir. Yuyulduqdan sonra avtobuslarda daxili dezinfeksiya işləri aparılır.

Deponun texniki təmir mərkəzində isə Almaniya və digər qabaqcıl ölkələrin istehsalı olan müxtəlif növ avadanlıq quraşdırılıb. Mərkəzdə eyni vaxtda 10 avtobusa xidmət göstərmək mümkündür. Depo tam fəaliyyətə başladıqdan sonra 1500-dək əlavə iş yerinin açılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271