İKT

"Alibaba" elektron siqaret komponentləri satmayacaq
10 OKTYABR
43

"Alibaba" elektron siqaret komponentləri satmayacaq

2019-10-10 10:26:00

Çinin "Alibaba" şirkəti elektron siqaret komponentlərinin tənzimləmə yoxlamalarının sərtləşdirilməsi fonunda bu məhsulların satışını dayandırmaq qərarına gəlib.

Fins.az xəbər verir ki, yoxlamalara veyp və elektron siqaret istifadə edən amerikalılar arasında ağciyər xəstəliklərinin və ölüm hallarının artması səbəb olub.

Agentliyin məlumatına görə, Çin şirkəti buna qədər ABŞ-da siqaret çəkmək üçün hazır elektron cihazlar satmırdı, bundan sonra isə onlar üçün komponentləri də satmaqdan imtina edəcək.

Bundan əvvəl ABŞ-ın "Kroger" supermarketlər şəbəkəsi, dünyanın ən böyük aptek şirkəti "Walgreens Boots Alliance" və dünyanın ən böyük gəlir əldə edən pərakəndə satış şəbəkəsi "Walmart" eyni səbəblərə görə mağazalarda və apteklərdə elektron məhsul satmayacaqlarını açıqlayıb.

Qeyd edək ki, xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzlərinin məlumatına görə, ABŞ-da elektron siqaret çəkənlərdə ağciyər xəstəliyi hallarının sayı artıq mini ötüb. Artıq Nyu-Yorkun yetkinlik yaşına çatmayan bir sakini də daxil olmaqla 23 nəfər xəstəlikdən ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır