İKT

Windows 10-un növbəti yenilənməsi istifadəçilər üçün problemlər yaratdı
10 OKTYABR
51

Windows 10-un növbəti yenilənməsi istifadəçilər üçün problemlər yaratdı

2019-10-10 10:19:00

KB4517211 nömrəli növbəti Windows 10 yenilənməsi istifadəçilərdə bir sıra problemlərə səbəb olub.

Fins.az  xəbər verir ki, bəzilərinin printerləri işləməyi dayandırıblar, digərləri isə Windows axtarış sistemindən şikayət etməyə başlayıblar. Microsoft yenilənməni ötən ayın sonunda yaymağa başlayıb.

Sistemin yenilənməsindən dərhal sonra müxtəlif problemlər meydana çıxıb. Belə ki, bəziləri oyunlardakı səsdən şikayət etdiyi halda, digərlərində printerlər işləməyib. 

İndi axtarış sistemindən şikayətlər başlayıb. Xüsusilə sorğu zamanı istifadəçilər axtarılan fayllar olmadan boş pəncərələrlə kifayətlənməli olurlar.

Bu problemlər hələ kütləvi xarakter daşımır – bəziləri yenilənmiş ƏS-nin düzgün işləməsini müşahidə edirlər.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır