İKT

Xiaomi Mi Band 5 fitness qolbağı bütün dünya üzrə NFC dəstəyi alacaq
10 OKTYABR
64

Xiaomi Mi Band 5 fitness qolbağı bütün dünya üzrə NFC dəstəyi alacaq

2019-10-10 10:08:00

Çinin Xiaomi Mi Band fitness bilərziklərinə dünya bazarında kifayət qədər yüksək tələbat var.

Fins.az xəbər verir ki, bununla yanaşı, cihazın yeni versiyasında kontaktsız ödənişləri həyata keçirməyə imkan verən variant tətbiq edilib ki, bunun hesabına yenilikdən istifadə daha da rahatlaşıb. Belə parametrdən quraşdırılmış NFC-in köməyi ilə faydalanmaq olar. Qeyd edək ki, dördüncü nəsil fitnes-qolbağı rekord sayda - 1 milyon qurğudan artıq satılıb, lakin yeni model növbəti rekord üçün böyük şansa malikdir.

Cihazın xüsusiyyətləri istehsalçılar tərəfindən açıqlanmır, lakin bir sıra insayderlər əmindirlər ki, Xiaomi Mi Band 5 kontaktsız ödəniş modulu dünya bazarına çıxarılacaq. Hələlik şirkətdən bu məlumatları şərh etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır