İKT

Ucuz iPhone SE 2 smartfonu bazarında Apple-ın mövqeyini gücləndirəcək
10 OKTYABR
79

Ucuz iPhone SE 2 smartfonu bazarında Apple-ın mövqeyini gücləndirəcək

2019-10-10 09:52:00

Uzun fasilədən sonra iPhone SE-nin varisi haqqında məlumatlar görünməyə başlayıb.

Fins.az  xəbər verir ki, Apple şirkəti gələn ilin birinci yarısında yeni kompakt smartfonu təqdim edəcək.

Apple şirkətinin məhsulları üçün tez-tez dəqiq proqnozlar verən məşhur insayder Min-Chi Kuo-ya görə, iPhone SE 2 iPhone 8-in dizaynını və Apple A13 Bionic-in prosessorunu alacaq.

Min-Chi Kuo Apple-ın yeni kompakt smartfonunun çox populyar olacağına əmindir.

Yeni model şirkətə bazarda öz mövqeyini yaxşılaşdırmağa və satışını ən azı 10% artırmağa imkan verəcək.

iPhone 11 və iPhone SE 2 xəttinin nəzərə alınması ilə şirkət təxminən 50 milyon smartfonun satışını həyata keçirə biləcək.

Həmçinin insayder qeyd edib ki, iPhone 11-ə olan tələbat ötən ilki iPhone XR-dən daha yüksək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır