İKT

Unudulmuş Hotmail, Gmail, Mynet hesablarına yenidən daxil olmağın yolları
10 OKTYABR
52

Unudulmuş Hotmail, Gmail, Mynet hesablarına yenidən daxil olmağın yolları

2019-10-10 09:32:00

Bir dövrün rəqibsiz elektron poçt platforması olan Hotmail, daha sonra onun ən böyük rəqiblərindən biri olan Gmail və öz dövrünün ən böyük əyləncə saytlarından biri olan Mynet Mail... Nə vaxtsa həmin platformalarda yaratdığı hesabın şifrəsini xatırlamayanlar üçün xoş bir xəbərimiz var. Bu hesabların hamısını qaytara bilərsiniz. Etməli olduğunuz tək şey, Fins.z-ın TED-ə istinadən xəbərinə görə,  bu məqalədə addımları izləməkdir. Əvvəlcə Hotmail-dən başlayaq.

Hotmail hesabınıza yenidən daxil olmağın yolu (Outlook, live, windowslive əlavələri də daxil olmaqla):

Bu LİNKƏ daxil olaraq Hotmail-in hesab açma səhifəsinə keçin;

Şifrənizi xatırlamadığınız e-poçt ünvanını daxil edin və "İrəli" bölməsini seçin;

"Şifrənizi unutmusunuz?" bölməsini seçin;

Hesab açdığınız zaman bərpa üçün bir e-poçt əlavə etmisinizsə, təhlükəsizlik kodunun gəlməsini seçə bilərsiniz;

Əlavə etməmisinizsə, "Məndə bunlardan heç biri yoxdur" bölməsini seçərək davam edin;

Qarşınızda anket formasında səhifə açılacaq. Bu səhifədə tələb olunan məlumatları doldurun;

Anketə yazdığınız e-poçt ünvanına kod göndəriləcək;

Təqdim edilmiş kodu anketi doldurduğunuz səhifədə açılan boşluğa yazın və “Təsdiqlə” bölməsini seçin;

Açılan ekranda istədiyiniz parolu daxil edin;

Ən başda verilən linkdən giriş səhifəsinə qayıdaraq yeni şifrənizlə hesabınıza daxil olun.

Unudulmuş Gmail hesabına təkrar daxil olmağın yolu:

Gmail giriş səhifəsinə keçmək üçün bu LİNKƏ daxil olun;

“Şifrənizi unutmusunuz?" bölməsini seçin;

Bu mərhələdə sizə müxtəlif variantlar təklif ediləcək;

Əlaqə yaratmaq üçün elektron poçtu istənilən mərhələyə çatana qədər “Başqa bir üsul yoxla” bölməsini seçin;

Təsdiqləmə kodunun gəlməsini istədiyiniz elektron poçt ünvanını ekrana çıxan boşluğa yazın;

Google komandası sizinlə əlaqə saxlayacağını bildirəcək. Verilən gözləmə vaxtı bitdikdən sonra hesabı bərpa etməyiniz mümkündürsə, bu haqda məlumatlandırılacaqsınız.

Yenidən Mynet hesabına daxil olmaq üçün:

LİNKƏ daxil olaraq Mynet ana səhifəsinə keçin;

Sağ üst hissədən "İstifadəçi Girişi" bölməsini seçin;

Buradan “Şifrəmi unutdum” bölməsini seçin;

Açılan səhifədə tələb olunan məlumatları doldurun. “Şifrəmi Göndər” bölməsini seçin;

Mynet hesabı açmaq üçün istifadə etdiyiniz e-poçt ünvanına gələn “Şifrə Yeniləmə Bağlantısı” bölməsini seçin;

Açılan səhifədən yeni şifrənizi yarada bilərsiniz.©

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır