İKT

Google Play-də yeni rekord – 1 milyard yüklənmə
10 OKTYABR
61

Google Play-də yeni rekord – 1 milyard yüklənmə

2019-10-10 09:29:00

Microsoft ötən ay OneDrive proqramının Google Play-də 1 milyard yüklənmə səviyyəsinə çatdığını bildirib.

Fins.az xəbər verir ki, bundan əvvəl belə bir göstərici Word əlavəsində qeydə alınmışdı. İndi isə Amerika proqram tərtibçisi Android üçün 1 milyard Excel yükləməsi barədə hesabat verib.

Belə göstəricilər ofis paketinin bilavasitə smartfon istehsalçısı tərəfindən quraşdırıldığına görə əldə edilir.

Yəni istifadəçi artıq "qutudan" əvvəlcədən quraşdırılmış OneDrive, Excel və Word proqramları olan bir cihaz əldə edəcək.

Bütün bu proqramlar sisteminin bir hissəsi olmadığı üçün onları smartfondan silmək olar.

Microsoft-dan ofis paketini Samsung, Xiaomi, Huewei və Honor smartfonlarında görmək olar.

Qeyd etmək lazımdır ki, bu brendlər bazarda ən populyar markalardır və onlar smartfon bazarının 70%-dən çoxunu tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır