İKT

iPhone 11 Pro Max – dünyanın ən yaxşı smartfonudur?
09 OKTYABR
127

iPhone 11 Pro Max – dünyanın ən yaxşı smartfonudur?

2019-10-09 17:08:00

Consumer Reports-un hesabatları bunu deyir

Fins.az TED.az-a istinadən xəbər verir ki, Consumer Reports-un mütəxəssisləri yeni Apple smartfonlarını əldə edərək öz sistemlərinə görə onları qiymətləndiriblər. Bu il Apple şirkəti Samsung-u yerindən tərpədərək, öz cihazlarını lider mövqeyinə qaytarmağa müvəffəq olub.

Daha dəqiq desək, mənbə iPhone 11 Pro Max-ı mümkün olan 100 baldan 95 balla qiymətləndirərək dünyanın ən yaxşı smartfonu adlandırıb. 92 xalla ikinci yerdə iPhone 11 Pro yerləşib. Samsung Galaxy S10+ 90 xalla liderlər üçlüyünü bağlayır. iPhone 11 89 xal qazanaraq səkkizinci yeri tutub və həm Samsung, həm də iPhone XS-nin bəzi aktual flaqmanlarına uduzub.

Mütəxəssislərin diqqət yetirdiyi ilk məqam avtonomluqdur. İphone 11 Pro Max mənbənin testində iPhone Xs Max-da olan 29,5 saata qarşı 40,5 saat davam gətirə bilib. iPhone 11 Pro 34 saat, iPhone 11 isə 27,5 saat nəticə göstərib.

Mənbə kameranı çox yüksək qiymətləndirib. Davamlılıq testinə gəldikdə isə burada cihaz kiçik kameraya yerləşdirilir və daha sonra fırlanmağa başlayır. İçəridəki smartfon, fəal surətdə divarlara dəyməyə başlayır. Nəticədə, iPhone 11 Pro Max və iPhone 11 bütün sınağa dözüblər, lakin iPhone 11 Pro sınaqdan keçməyib – ekran zədələnib, ikinci nüsxənin də testi uğursuz başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır