İKT

2025-ci ilədək Azərbaycanda 5G sisteminin tətbiqinə başlanılacaq
08 OKTYABR
85

2025-ci ilədək Azərbaycanda 5G sisteminin tətbiqinə başlanılacaq

2019-10-08 11:43:00

Azərbaycanda 5G sisteminin tətbiqinə 2025-ci ilədək başlanılacaq. Bu barədə GSMA-nin “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” hesabatında deyilir.

“Regionda 5G şəbəkələrinin fəal şəkildə tətbiq edilməsi planlaşdırılır. Rusiyada ilk şəbəkələrin 2020-ci ilin sonunda istifadəyə verilməsi gözlənilir və 2025-ci ilə qədər Rusiya əhalisinin 80%-dən çoxunu əhatə edəcək. Azərbaycan, Belarus, Gürcüstan və Özbəkistan isə 5G xidmətlərini 2025-ci ilədək tətbiq etməyi planlaşdırır”, – deyə məlumatda bildirilir.

Hesabata əsasən, 2025-ci ildə Qazaxıstanda 5G şəbəkələrinə qoşulmaların payı 12% (5G şəbəkəsi 2021-ci ildə istifadəyə veriləcək), Özbəkistanda 2% (5G şəbəkəsi 2024-cü ildə istifadəyə veriləcək) təşkil edəcək. O vaxta qədər bütün ölkə ərazisində 5G şəbəkələrinə qoşulmaların sayı 48 mln. və ya onların ümumi sayının 19%-ni təşkil edəcək.

Ekspertlər qeyd ediblər ki, 5G sisteminin inkişafı istehlak sektorunda marketinq potensialına malikdir: Rusiyalı istehlakçıların 58%-i beşinci nəsil texnologiyalarının 4G ilə müqayisədə məlumatın ötürülmə sürətinin artmasını təmin edəcəyini gözləyir.

©İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır