İKT

Samsung keçmiş əməkdaşlarına pulsuz Galaxy S10+ smartfonları paylayır
07 OKTYABR
74

Samsung keçmiş əməkdaşlarına pulsuz Galaxy S10+ smartfonları paylayır

2019-10-07 12:15:00

Çindəki son fabrikin bağlanmasından sonra

Daha əvvəl xəbər verildiyi kimi, Samsung smartfon istehsalı üzrə Çində olan son zavodunu bağlayır. Hoiçjou fabrikindən iş yerlərini itirən işçilərin özləri Weibo sosial şəbəkəsində işdən çıxarılma prosesini işıqlandırmağa başlayıblar.

Fins.az xəbər verir ki, işdən azad etməni psixoloji yünlüləşdirmək məqsədi ilə Koreya istehsalçısı onlara yalnız kompensasiya deyil, həm də Galaxy S10+ flaqman smartfonu və ağıllı saat verir.

İşdən çıxarma növbəsi, prosesin özü və üzərində hədiyyələr olan masanın fotosu fabrikdə 10 il işləmiş bir işçi tərəfindən Weibo-da yerləşdirilib. Fabrikdə o qədər də uzun müddət işləməyən bəzi işçilərə Galaxy A80 smartfonunu hədiyyə edilib. 

Çində olan zavodların bağlanmasının əsas səbəbi yerli bazarda Koreya şirkətinin smartfonlarına tələbatın aşağı olmasıdır. Samsung ümid edirdi ki, yerli istehsal vəziyyəti düzəldəcək, lakin onun ümidləri heç də özünü doğrultmadı. Beynəlxalq miqyasda liderliyi inamla qorumağına baxmayaraq Samsung Çində bazarın 1%-dən az hissəsini tutur.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır