İKT

Apple iPhone 11 smartfonlarına sifarişləri artırır
07 OKTYABR
91

Apple iPhone 11 smartfonlarına sifarişləri artırır

2019-10-07 12:00:00

Bu məlumatlar Nikkei Asian nəşrinə aiddir

Apple iPhone 11 smartfonlarının sayını təxminən 10% və ya 8 milyon ədəd artırmaq üçün tədarükçülərə müraciət edib. Bu barədə Nikkei Asian nəşri yeniliyə tələbatın gözləniləndən daha yüksək olduğunu əlavə edərək məlumat verib.

Fins.az  xəbər verir ki, başlanğıcda Apple tələbatın düşməsini nəzərə alaraq, ötən il iPhone modelləri ilə müqayisədə daha az həcm sifariş etmişdi. Lakin istehsalçının alıcıları daha əlçatan modellə cəlb etmək planı, görünür, işə yarayıb.

Məlum olduğu kimi, payız xətti iPhone 11, 11 Pro və 11 Pro Max modellərini özündə birləşdirir, özü də baza modeli 699 dollar səviyyəsində qiymətləndirilib — bu, keçən il 749 dollar təşkil edən modeldən daha ucuzdur. Nikkei məlumatlandırıcıları sifarişlərin iPhone 11 və iPhone 11 Pro-nun hesabına artırıldığını iddia edirlər. Eyni zamanda, qiyməti 1099 dollardan başlayan ən bahalı iPhone 11 Pro Max modeli üçün sifarişlər azalıb.

Sifarişlərin artmasına baxmayaraq, təchizatçılar proqnozlarda təmkinlidirlər, çünki belə bir vəziyyətin uzun sürəcəyini hesab etmirlər.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır