İKT

Xiaomi-dən yenilik – fitness qolbaqları daha rahat olacaq
07 OKTYABR
67

Xiaomi-dən yenilik – fitness qolbaqları daha rahat olacaq

2019-10-07 11:20:00

Yeni ekran davranış parametrləri əlavə edilib

Xiaomi şirkəti populyar fitness qolbağı olan Mi Band 4 üçün proqramın növbəti yenilənməsini yaymağa başlayıb. İndi istifadəçilər avtomatik sönmə zamanı ekran davranışını dəyişə biləcəklər.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bir neçə həftədir ki, bu barədə şayiələr yayılmışdı, ilk yenilənmə isə məhsulun Türkiyə istifadəçiləri tərəfindən görüldü. 1.0.7.04 nömrəsi ilə proqram ekranın avtomatik olaraq söndürülməsi parametrlərini əlavə edir.

İstifadəçilər üçün söndürmə vaxtı parametrləri əlçatan olub. Gözləmə rejimi 5 saniyə çəkir, lakin 6, 7, 8, 9 və 10 saniyə ilə olan variantlar da mövcuddur.

Yenilənmənin digər bölgələrdə də tətbiqi yaxın günlərdə gözlənilir. Onun mövcudluğunu smartfondakı Mi Fit əlavəsi vasitəsilə yoxlamaq mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır