İKT

“Bakcell”- dən YENİLİK
07 OKTYABR
272

“Bakcell”- dən YENİLİK

2019-10-07 10:12:00

“Bakcell” şirkəti media nümayəndələri üçün Şabranda iki günlük seminar təşkil edib.

Seminarda Fins.az-ın əməkdaşı da iştirak edib.

Məlumata görə, seminarın mövzusu "Bakcell" şirkətinin ən son yenilikləri və tətbiqləri barəsində həm jurnalistləri, həm də müştəriləri məlumatlandırmaq olub.

"Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilən seminarda 8 təlimçi şirkətin müxtəlif sahələri ilə bağlı yeniliklərdən danışıb.

İlk öncə Məhsulların İdarə edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib.

O, telekommunikasiya sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar” barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov “Mobil şəbəkənin inkişafı” mövzusunda danışaraq bildirib ki, “Bakcell” daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində işləri davam etdirir.

Nahid Şükürov (Tədbirlər və şəbəkənin hazırlığı), Hüseyn Ziyadov (Mobil rabitənin əsasları) Elşən Soltanov (Müştəri xidmətləri texnologiyaları: tendensiyalar və gizli məqamlar) Mustafa Hüseynov (Müştərilərlə əlaqələrin idarə edilməsi), Elmar Quliyev (Loyallıq Proqramları və Bakcell Ulduzum) və təlimin sonuncu günündə Fərəh Əkbərova (Əşyaların İnterneti) haqqında məlumat verib.

Təlimdə qeyd olunub ki,  müştərilər ultra-sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. 8500-dən çox baza stansiya 99 faiz əhalini, 93 faiz coğrafi ərazini əhatə edir. 2019-cu il ərzində 138 yeni 3G texnologiyalı baza stansiya, eyni zamanda, 1024 yeni 4G texnologiyalı baza stansiya istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır