İKT

Smartfona xidmət üçün əlavə süni barmaq – VİDEO
03 OKTYABR
144

Smartfona xidmət üçün əlavə süni barmaq – VİDEO

2019-10-03 18:09:00

MobiLimb - telefona qoşula bilən qeyri-adi qacetdir. Möcüzəli qurğu vasitəsilə smartfon hərəkət etməyə başlayır. Fins.az TED.az-a istinadən xəbər verir ki, süni barmaq istifadəçiyə insan əli kimi toxunur, lazım olduqda isə joystikə çevrilə bilir.

Cihaz dəhşət filminə bənzəsə də, ciddi bir tədqiqat layihəsidir. Onun yaradıcısı Marc Teyssier cib cihazına qoşulmuş belə bir barmağın, nəinki texniki xidmətini asanlaşdırdığını, eyni zamanda telefonu əlavə funksiyalarla zənginləşdirdiyini sübut edir. MobiLimb telefonu insanla əlaqə qurmağa məcbur edir.

 

MobiLimb kiçik bir manipulyatordur. Dizaynı və görünüşü insan barmağına bənzəyir. Qacet normal  barmaq kimi əyilir və düzələ bilir. Ancaq  insan barmağının edə bilmədiyi şeyi edir - oxu ətrafında fırlanır. Bununla əlaqədar olaraq, manipulyator telefon ekranı ətrafında qatlana  və sarıla bilər.

MobiLimba-nın imkanlarını izah etmək çətindir, buna görə Marc Teyssier digər elm adamları ilə birlikdə, qacetin hərəkətdə olduğunu göstərən bir video çəkib. Bəzi funksiyalar, məsələn, bir barmağın smartfonu masanın üzərində o tərəf, bu tərəfə çəkməsi və ya mesaj gəldikdə tıklaması, "Adamslar ailəsi" filmindəki "əşya" adlandırılan şeyə çox oxşardır.

Manipulyator ekranda görünən obyekti hərəkət etdirmək üçün də istifadə oluna bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır