İKT

WhatsApp-a yeni özəllik gəlir
03 OKTYABR
235

WhatsApp-a yeni özəllik gəlir

2019-10-03 17:51:00

Populyar mesajlaşma tətbiqi olan WhatsApp yeni xüsusiyyəti ilə gündəmdədir. Feysbuk sosial media aləmində təsirini artırmaq məqsədilə daha əvvəl rekord qiymətlərlə WhatsApp və İnstaqramı satın almışdı.

Fins.az xəbər verir ki, bu siyahıya Snapchat-ı da əlavə etməyi hədəfləyən Feysbuk məqsədinə çatmadı və oxşar xüsusiyyətləri öz platformalarına birləşdirmək taktikasını həyata keçirməyə başladı. Feysbuk bu planı artıq WhatsApp üçün istifadə edir. Populyar mesajlaşma tətbiqi WhatsApp-a Snapchat-ı xatırladan özəllik gəlir. Belə ki, WhatsApp mesajları avtomatik olaraq silmək xüsusiyyəti üzərində işləyir. Xüsusiyyət hazırda cəmi 5 saniyə və 1 saatlıq müddəti əhatə edir.

“İtən mesajlar" adlı xüsusiyyətinin nə vaxt istifadəyə veriləcəyinə dair, hələ ki, heç bir açıqlama verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır