İKT

Yaponiya alimlərindən tibbi çevriliş – süni qan hazırladılar
03 OKTYABR
85

Yaponiya alimlərindən tibbi çevriliş – süni qan hazırladılar

2019-10-03 16:02:00

Yaponiya alimləri çox sayda insanın həyatda qalmasına kömək edəcək süni qan hazırlayıblar.

Fins.az-ın məlumatına görə, hazırda həkimlər qan köçürülməsi üçün pasiyentin qan qrupunun rezus faktorunu təyin etməyə məcburdurlar. Çünki uyğun olmayan qan qruplarının xəstəyə köçürülməsi onun həyatını təhlükə altına qoyur. Bu səbəbdən təcili yardım maşınlarında qan köçürülməsi proseduru qadağan edilib.

Süni qan üçün bu amil əhəmiyyətli olmadığından zərərçəkənlərə xəstəxanaya gəlməzdən dərhal əvvəl tibbi yardım edilə bilər. Bu isə daha çox insanın həyatının xilas edilməsinə yol açacaq.

Milli Müdafiə Tibb Kollecinin yapon alimlərindən ibarət kollektivi yeni kəşfin effektivliyini nümayiş etdirmək məqsədilə dovşanlar üzərində sınaqlar keçiriblər.

Süni qan ağır qan itkisi müşahidə olunan 10 dovşan üzərində sınaqdan keçirilib, onlardan 6-sı sağ qalıb. Qan köçürülən dovşanlara xüsusi nəzarət edilib və onlarda yan təsirlər müşahidə olunmayıb.

Növbəti mərhələdə süni qan insanlar üzərində sınanacaq.

Mütəxəssislər bu yeniliyin effektivliyini qiymətləndirməkdə hələ ki, çətinlik çəkirlər.

Qeyd edək ki, normal temperaturlu saxlama şəraitində süni qanın il ərzində öz keyfiyyətini saxlaması ən mühüm amillərdəndir.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır