İKT

“Xiaomi” şirkəti iki tərəfli ekranı olan yeni smartfonu gəlir itkisi adlandırıb
01 OKTYABR
145

“Xiaomi” şirkəti iki tərəfli ekranı olan yeni smartfonu gəlir itkisi adlandırıb

2019-10-01 15:18:00

 Xiaomi Mi Mix Alpha istifadəçiləri təkcə ekran forması ilə deyil öz qiyməti ilə də təəccübləndirdi. Belə ki, yeni smartfon şirkətin ən bahalı smartfon modeli oldu. Mi Mix Alpha-nın yüksək qiymət göstəricisinin sirrinə Meizu şirkətinin keçmiş vitse-prezidenti Li Nan aydınlıq gətirib. O bildirib ki, hətta bu cür yüksək qiymət göstəricisinə sahib Mi Mix Alpha sayəsində Xiaomi şirkəti yüksək gəlir əldə edə bilməyəcək.

 Bu barədə IThome saytı xəbər verib. Li Nan-ın sözlərinə əsasən Mi Mix Alpha konseptual smartfonun istehsalına onun gətirəcəyi gəlirdən daha çox pul xərclənib. O qeyd edib ki, bu yeni smartfonun maya dəyəri 700$ təşkil edir. Onun 200$-ı isə smartfon ekranına aiddir. Smartfonun hazırlanmasına və istehsalına xərclənmiş 200 milyon dollar vəsait göstəricisini nəzərə almaqla hətta hər biri 2800$ qiymət göstəricisinə sahib olacaq smartfonun 10.000 ədəd cihazdan ibarət partiyası da şirkətə gəlir gətirməyəcək.  

©Technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır