İKT

“Starship” kosmik gəmisi ictimaiyyətə təqdim edilib
01 OKTYABR
73

“Starship” kosmik gəmisi ictimaiyyətə təqdim edilib

2019-10-01 11:52:00

ABŞ-ın “Tesla” şirkətinin və “SpaceX” kompaniyasının rəhbəri İlon Mask sahibi olduğu şirkətin Marsa uçuşlar üçün nəzərdə tutulan 100 nəfərlik “Starship” kosmik gəmisinin təqdimatını keçirib. Bu barədə “space.com” məlumat yayıb.

Mənbə qeyd edir ki, Texas ştatındakı BokaÇika şəhərindəki kosmodromda keçirilmiş təqdimat mərasimində çıxış edən İlon Mask kosmik gəminin maksimum 6 aya qədər orbitə göndəriləcəyini deyib.

O bildirib ki, raketdaşıyıcı funksiyasını yerinə yetirən kosmik gəminin 20 kilometrlik yüksəkliyə buraxılması üzrə sınaqlar qarşıdakı aylarda keçiriləcək. Qeyd olunub ki, kosmik gəminin hazırda nümayiş etdirilən 50 metr uzunluğu olan prototipinin diametri 9 metr, yükdaşıma qabiliyyəti isə 150 tondur. “Starship” bir neçə uçuşda istifadə olunacaq və göyərtəsində 100 nəfəri Marsa apara biləcək. Mask xatırladıb ki, onun məqsədi Marsda koloniyalar yaradılmasıdır. Milyarder əlavə edib ki, “qırmızı planet”ə ilk tədqiqatçılar 2022-ci ildə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır