İKT

Niyə Google xidmətləri smartfondan silinməlidir?
30 SENTYABR
107

Niyə Google xidmətləri smartfondan silinməlidir?

2019-09-30 14:37:00

Bu yaxınlarda qeyd etmişdik ki, yeni HUAWEI Mate 30 və Mate 30 Pro Google xidmətləri olmadan təqdim olunacaq. Ancaq tezliklə onun yolu da tapıldı – burada, adət etdiyimiz proqramları Çin flaqmanına necə yükləmək barədə təlimatlar var. Fins.az TED.az-a istinadən xəbər verir ki,  bu yazıdan sonra, bunu, ümumiyyətlə, etməyə lüzum varmı deyə şübhə yaranır. Həqiqətən, Google tətbiqlərində bir çox problemlər var. Sizin üçün amerikan şirkətinin bu proqramından imtina etməyinizi təşviq edən üç səbəb topladıq.

İnsanlar Google Apps-ı silirlər? Həqiqətən, bu cür insanlar varmı?

Var. Bu yaxınlarda bir sorğu keçirildi: Google xidmətləri olmayan bir smartfon almağa razısınızmı? İstifadəçilərin yalnız 23%-i heç bir halda deyə cavab verib – “Google olmadan Android, ümumiyyətlə, Android deyil”. Qalan 77%-i alternativləri nəzərdən keçirməyə hazırdır. Üstəlik, 15% birbaşa bildirmişdi ki, əvvəlcədən quraşdırılmış proqramları silirlər. "Google xidmətlərinin mövcudluğu smartfon almağın dayandırılma amili hesab edirəm", - deyə şərhçilərdən biri deyir.

Bəs istifadəçilər niyə bunu edirlər – xarici texno nəhəng onları nə ilə əsəbiləşdirib?

Bunun üç səbəbi var.

Google Xidmətləri:

1) batareyanı yeyir;

2) məxfiliyinizi pozur;

3) öz mövcudluğunu bildirir.

Telefonun enerjisi artıq yoxdur – bunun üçün Google-a təşəkkür edirəm

Müasir bir smartfonun əsas bəlası batareyadır. Daim artan batareya tutumuna baxmayaraq, enerji cihazın aktiv istifadəsi bir gün üçün kifayət etmir. Vaxt keçdikcə batareyanın ömrü bitir və salam, enerji toplamaq üçün yenə gözləyirsiz. Problemi qismən həll etmək üçün bəzən Google xidmətləri silinir.

İş ondadır ki, amerikan texnologiya nəhənginin proqram təminatı, həqiqətən, batareyanı yeyir. Google Play Xidmətlərinin bütün növləri yalnız müntəzəm olaraq hesabatlar göndərmir, həm də yeriniz haqqında məlumatları yeniləyir. Yəni siz səssizcə kompüterdə işləyərkən, telefonunuz bu vaxt ərzində sakit bir partizan müharibəsi apararaq batareyanın enerjisini sərf edir - yeyir.

Beləliklə, hətta ekran açılmamış, artıq mənfi 20 faiz enerji işlənib.

Enerjini sadəcə xidmətləri söndürməklə saxlamaq olar, lakin ən prinsipial istifadəçilər problemi kökündən həll edirlər: sadəcə lazımsız proqramları silirlər. “Kök saldıqdan sonra ilk addım bütün google zibillərinin təmizlənməsidir. Həmişə. Niyə? Əsas səbəb muxtariyyətdir”, - deyə şərhçilərdən biri açıqlamalarıyla bölüşüb. Həqiqətən, bəzi artıq yüklənmiş proqramınları söndürdükdən sonra batareyanın enerjisi 20-30% daha uzun sürür.

Bundan əlavə, belə bir prosedur RAM və fiziki yaddaşı yüklənmədən azad edir. Flaqmanlar buna ehtiyac duymur, amma büdcə modellərinin sahibləri həyatı asanlaşdıra bilər. "Telefonun sürəti çoxalır, sanki “uçur”, çünki heç bir şey onu - əbədi sinxronizasiyalar, bir şeyin yoxlanılmaları ilə yükləmir. Pleymarket əvəzinə alternativ istifadə etmək daha yaxşıdır", - deyə şərhçi yazır.

Casus, çıx get!

Düşünmək üçün bir balaca sual: əgər Google-un bütün xidmətləri pulsuzdursa, o nədən qazanır? Doğrudur, reklamlardan və sizin məlumatlarınızdan. Şirkət uzun müddətdir gizlətmir ki, istifadəçilərin hər hərəkətini kataloqlaşdırır. Telefonunuzu nə vaxt açmısınız, bunu nə qədər tez-tez edirsiniz; bu gün harada idiniz, İnternetdə nə axtarırdınız. Hətta tətbiqlərdən birini işə salanda nə danışmısız.

Məşhur inancın əksinə olaraq, texnologiya nəhəngi bu məlumatı satmır, ancaq diqqətlə statistika toplayır ki, daha sonra sizin maraqlarınıza uyğun reklam təqdim edə bilsin. Google tətbiqinin izləyərək edə biləcəyi ən böyük ziyan - hədəflənmiş banner ola bilər. O da yalnız nahar zamanı axtarış sistemində axtardığınız cəfəngiyatları almağa məcbur edəcəkdir.

Ancaq heç kim izlənilməyi – nəzarəti xoşlamır. Razısınız?

Buna görə də, xüsusilə azadlıq həvəskarları Google Apps-ı telefonlarından silirlər, hər zaman görən gözdən qurtulurlar. Xarakterik bir şərh: "Əgər siz Google-a şəxsi həyatınızı etibar edirsinizsə, davam edin, əvvəlcədən quraşdırılmış proqram təminatlı telefon alın, sağlığınıza işlədin. Ancaq şəxsi həyatınızdan heç olmasa bir az narahat olsanız – Google-a yaxşı yol! Hətta Wireshark trafikinə qoşulun və "Xeyir şirkətinin" serverlərinə nə qədər məlumatın sızdırılmasına baxın".

Digər kiçik şirkətlərin də məlumat topladığını demək çətindir. Bəlkə də, qacetinizə yüklədiyiniz alternativ YouTube daha çox şəxsi məlumatları əldə edir? Lakin onun ətrafında hələ ki, söz-söhbət yaranmayıb. Digər tərəfdən, söz-söhbətlərin Google-un nüfuzuna xələl gətirdiyini bilirik.

Nəhayət, üçüncü səbəb – insanlar sadəcə cihazlarını kiminsə idarə etməsini sevmir.

Özümüzdən götürək, təsəvvür edin: siz yeni tikili binadan təmirli ev almısınız. Mənzildə hər şey yaxşıdır və yaşaya bilərsən, amma nəsə çatışmır. Tipik boz plitələr, divar kağızı, laminat  hər şey monotondu. Və illərlə burada sən yaşayacaqsan. Yalnız bir seçim var - hər şeyi özünüz üçün yenidən düzəltmək.

Smartfon sahibləri cihazlarında onlarla Google yardımçı proqramlarını aşkar edərək təxminən eyni prinsiplərə əməl edirlər. Əlbəttə əladır, amma bu məsələni özümüz həll etmək istəyirik. “Mən həmişə Google-un “zibillərinin” 80%-ni silirəm. Nəzarət səbəbindən deyil, sadəcə zibil səbəbindən”, - deyə digər şərhçi etiraf edir. "İş Google-da deyil, onlarla digər xidmətdədir" deyərək seçim etməyin həmişə yaxşı olduğuna işarə edir.

Beləliklə, istifadəçilər Google xidmətlərindəki üç şeydən məmnun deyillər: muxtariyyət, izləmə və alternativlərin olmaması. Buna görə, onlar şirkətin proqram təminatını məhv etməyə hazırdırlar. Bəs siz necə edirsiniz? Cib telefonunuzdan "xeyir şirkətinin" bütün izlərini silirsiniz – yoxsa YouTube, Google Maps və Market olmadan həyatınızı təsəvvür edə bilməzsiniz?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır