İKT

Proqramlaşdırma haqqında maraqlı faktlar
30 SENTYABR
93

Proqramlaşdırma haqqında maraqlı faktlar

2019-09-30 11:03:00

Fins.az TED.az-a istinadən xəbər verir ki, sizin üçün proqramlaşdırma və proqramçılar haqqında ən maraqlı faktları topladıq.

1. Bilirsinizmi, rəsmi proqramçı günündən (13 sentyabr - "Proqramçı günü") başqa, onların qeyd etdiyi bayramlar da var, məsələn, sistem inzibatçısı (sisadmin) günü (iyulun son cümə günü), kompüter mütəxəssisləri günü (14 fevral), veb-proqramçısı günü (4 aprel). Özlərini bu çətin peşələrə həsr edənləri əlamətdar günlərdə təbrik etməyi unutmayın.

2. Dünyada 8500-ə yaxın proqramlaşdırma dili mövcuddur (bəli, bəli, məhz bu qədər), lakin ən çox istifadə olunan dillərin sayı 10-dan bir az artıqdır. Bu, tələbatın az olması və nəticədə məhsulun zəif satılması, dil yaradıcıları ilə dil tapa bilməməsi və müxtəlif qüsurlardan qaynaqlanır. Çoxu bu cür düşünür və şərh edir: Pascal və DELPHI – öndədi! Ümumiyyətlə, ən yaxşı proqramlaşdırma dili Hello World sözündən daha əhəmiyyətli bir şey yaza biləcəyiniz bir dil hesab olunur.

3. Bilirsinizmi, ilk İT mütəxəssisi qadın idi - britaniyalı Ada Lavleys? Məhz o, 19-cu əsrdə analitik aqreqator üçün alqoritm yazan (yəni müasir kompüterin əcdadı) qadın olub. Bu maşın öz dövrünün yeniliyi idi və Bernulli tənliyini həll edə bilirdi, yəni mayenin hərəkətində enerjinin qorunması qanunu hesablayırdı. Böyük bir İT hərəkata başladığını bilməyən Ada, əslində problemi həll etmək üçün bir sıra əməliyyatlar hazırladı ki, bu da proqram yazılışıdır.

4. Bəzən insanlar eşidəndə ki, proqramçısan demək olar ki, hər şeyi edə biləcəyinizi düşünür - kompüterin təmirindən tutmuş proqram yazmağa qədər proqramçının ixtisaslaşmasına aid olmayan inanılmaz müxtəlif istəklərlə yanaşırlar. Hər şey - telefonda internet qurmaq və ya planşeti düzəltmək, hətta tozsoranı və televizoru düzəltməyi də təklif edirlər. Unutmayın ki, hər bir insanın, o cümlədən proqramçı da daxil olmaqla öz ixtisaslaşma fərqləri var.

5. Hazırda İnternetdə "Proqramçılar və dizaynerlər olmadan 15 dəqiqə ərzində özünüzə veb-sayt yaradın!" başlıqlara tez-tez rast gəlinir. Bir çox yeni başlayan veb-masterlər buna aldanır və bundan əziyyət çəkirlər. Saytda oyunlar, video və bir çox effekti olan müxtəlif skriptlər görünməyə başlayır. Yaxşı, sonra nə? Və bu zaman proqramçılar olmadan edə bilməzsiniz: ya skript çökür, ya proqram düzgün şəkildə quraşdırılmayıb. Sən demə, proqramçıları aradan çıxarmaq hələ tezdir.

6. Dünyada hansı dəyişikliklərin baş verməsindən asılı olmayaraq, proqramçı peşəsinə daima tələbat olacaq. Bəs yaxşı bir proqramıçını necə təyin etmək olar? Yaxşı bir proqramçını sadəcə bir proqramçıdan fərqləndirən bəzi müsbət meyarları sadalayaq:

  • Texnoloji yenilikləri izləyir;
  • İş sevinc gətirir və bir hobbini xatırladır;
  • Fikir yarada bilməklə yanaşı, bunu başqalarına da sirayət etdirir;
  • Öz layihəsi olur, bir dənə yox, bir neçə dənə;
  • Zamanla ayaqlaşır, daim öyrənməyə davam edir;
  • Planına çatmaqda israrlı, əzmkar və hətta inadkardır;
  • Həmişə problemlərin həlli üçün yeni yol axtarır;
  • Düşüncələrini düzgün ifadə etməklə yanaşı, dinləməyi bacarır. İnandırmağı bacaran bir səlahiyyətli mütəxəssis nümunəsi göstərir;
  • Proqramlaşdırma sahəsində yaxşı təcrübəyə malikdir və buna görə layiqli nəticəsi var;
  • Müxtəlif sahələrdə geniş dünyagörüşə malikdir;
  • Kollektivdə işləməyi bacarır.

7. Dünyanın ən məşhur proqramçıları: macar-amerikan riyaziyyatçısı Con fon Neymandır, ən müasir kompüterlərin arxitekturası ilə əlaqələndirilmiş, kompüterin yaddaş proqramları və məlumatların birgə saxlanılması onun adı ilə bağlıdır. Boris və Sergey Nurəliyev qardaşları 1992-ci ildə 1C mühasibat proqramı yaratdılar və Alcor MMC 1C serverinin quraşdırılmasını öz üzərinə götürüb. Byörn Straustrup ən çox istifadə olunan proqramlaşdırma dillərindən biri olan C++ proqramlaşdırma dilinin müəllifidir. Linus Torvalds Linux yaradıb - hazırda sərbəst əməliyyat sistemlərindən ən çox yayılmış olan GNU/Linux əməliyyat sistemidir. Bill Qeyts Microsoft texnologiyasının qurucusu və ən böyük səhmdarı olaraq kompüter texnologiyaları tarixinə əbədi olaraq girdi. Yevgeni Kasperskiy - rusiyalı proqramçı, informasiya təhlükəsizliyi mütəxəssisi, "Kaspersky Lab" QSC-nin ən böyük səhmdarı və təsisçilərdən biri. İlya Seqaloviç - Yandex axtarış şirkətinin təsisçilərindən biri. Mark Zukerberq dünyaca məşhur və olduqca populyar Facebook sosial şəbəkəsinin yaradıcısıdır. Pavel Durov - VKontakte sosial şəbəkəsinin həmtəsisçisi. İqor Danilov rusiyalı proqramçı, məşhur Dr.Web antivirusunun müəllifi, şirkətin texniki direktoru və qurucusudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır