İKT

WhatsApp bu telefonları dəstəkləməyəcək
30 SENTYABR
84

WhatsApp bu telefonları dəstəkləməyəcək

2019-09-30 10:54:00

WhatsApp mobil tətbiqetməsi 2020-ci ildən etibarən Windows Phone və iOS 8 istifadə edən telefonları dəstəkləməyəcək.

Fins.az xəbər verir ki, aktiv şəkildə istifadə edilməyən əməliyyat sistemi 2020-ci ilin 1 yanvarında dəstəyin kəsilməsilə tarixə qarışacaq.

WhatsApp ilə bağlı digər iddiada isə qeyd olunur ki, 1 fevral 2020-ci ildən etibarən mobil tətbiqetmə iOS 8 əməliyyat sistemini də dəstəkləməyəcək. Köhnə nəsil əməliyyat sistemlərindən olan iOS 8 bu qərardan sonra WhatsApp istifadəsində problemlə qarşılaşacaq.

Həm Windows Phone, həm iOS 8 istifadəçiləri bu tarixlərdən sonra da WhatsApp istifadə edə biləcəklər. Ancaq hesablarını yenidən təsdiqləmə imkanları olmayacaq.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır