İKT

Feysbuk ağıllı eynəklər hazırlayır
27 SENTYABR
218

Feysbuk ağıllı eynəklər hazırlayır

2019-09-27 17:13:00

Feysbuk şirkəti ağıllı eynəklər üzrə hazırlıqlara başlayıb.

Fins.az TED.az-a istinadən xəbər verir ki, Feysbuk genişlənmiş reallığa köklənən ağıllı eynək istehsal etməyi hədəfləyir. “Orion” adlı eynəklərin ağıllı telefonları əvəz edə biləcəyi düşünülür. İstifadəçilər bu eynək vasitəsilə Feysbukdan canlı yayım aça və anlıq bildirişləri qəbul edə biləcəklər. Həmçinin eynəyin zəng etmə və səsli köməkçi xüsusiyyətlərinin də olması gözlənilir. “Orion” kod adı ilə hazırlanan eynəklərin istifadəçilərə ən tez 2023-cü ildə təqdim edilməsi planlaşdırılıb.

Qeyd edək ki, ağıllı eynək bazarında daha əvvəl də bu cür təşəbbüslər olmuşdu. Google və Snapchat-ın eynəkləri gözləntiləri qarşılamamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır