İKT

Süni intellekt həkimlərin yerini tuta bilər
27 SENTYABR
181

Süni intellekt həkimlərin yerini tuta bilər

2019-09-27 17:12:00

Ekspertlərin proqnozlarına görə, gələcəkdə kompüterlər mütləq həkimləri sıxışdıracaq.

Fins.az TED.az-a istinadən xəbər verir ki, hələlik süni intellekt həkimlər qədər dəqiq olmasa da, insanları əvəz edə biləcək potensialdadır.

Mütəxəssislərin sözlərinə görə, diaqnostikada süni intellektdən istifadə potensialı hələ tam aydın deyil. Bu günə qədər süni intellekt və həkimlərin imkanlarını müqayisə edən araşdırmalar çox az həyata keçirilib: "Amma müşahidə edilən 69 nümunənin təhlilinə əsasən, deyə bilərik ki, süni intellekt həqiqi həkimlərlə müqayisədə daha dəqiq olması ilə müxtəlif xəstəlikləri nisbətən erkən təyin edə bilir".

Bu yaxınlarda isə süni intellekt vasitəsi ilə tam inkişaf etdirilən ilk peyvənd elm aləminə təqdim olunub. Flinders Universitetindəki Avstraliya alimləri tezliklə klinik sınaqlardan keçəcək yüksək təsirli qripə qarşı peyvənd hazırlayıblar. Peyvənd Ligand Axtarış Alqoritmi kimi tanınan proqram vasitəsi ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır