İKT

Sağlamlıq üçün ən təhlükəli smartfonların adı açıqlandı
21 SENTYABR
1383

Sağlamlıq üçün ən təhlükəli smartfonların adı açıqlandı

2019-09-21 18:08:00

Bir sıra məşhur cihazlarda icazə verilən radio şüa normasının artıq olduğu aşkar olunub.

Fins.az TED.az-a istinadən xəbər verir ki, Chicago Tribune nəşri ən çox yayılmış mobil cihazların radio şüası yayması barədə laboratoriya araşdırması edib. Tədqiqatda 11 smartfondan istifadə olunub: iPhone 7, iPhone 8 və 8 Plus, iPhone X, Samsung Galaxy J3, Galaxy S8, Galaxy S9, Moto e5, Moto e5 Play, Moto g6 Play və BLU Vivo 5 Mini.

Amerika Federal Rabitə Komissiyasının (FCC) tələblərinə görə, icazə verilən udulmuş şüa dozası nisbəti 1 qram materiala görə 1,6 Vt/kq təşkil edir.

Test nəticələrində ən çox sual doğuran iPhone 7 oldu. Smartfonun radio şüa göstəriciləri düzəldilmiş “bədəndən” 2 mm və 5 mm məsafədən yol verilən hədləri aşırdı. Bu "yeddiliyə" Apple-ın digər səthlərə yaxınlaşdıqda şüa gücünü azaldan xüsusi sensorların aktivləşdirilməsi ilə bağlı tövsiyələrini nəzərə alan əlavə testlər də kömək etmədi. Bütün hallarda, smartfon həddini ciddi şəkildə aşdı, xüsusən də "bədəndən"dən 2 mm məsafədə.

Yoxlananlar arasında yeganə təhlükəsiz Apple smartfonu iPhone 8 Plus oldu. Samsung cihazları 10-15 mm məsafədən normanı pozmur. 2 mm (insan dərisi ilə cibdəki telefon arasındakı təxmini məsafə) məsafədə göstərici normaldan 2-4 dəfə yüksək olur.

Moto cihazlarının ilk sınağı zamanı gücə nəzarət edən sensorlar bağlı olduğu üçün ilkin nəticələr qorxulu oldu. Amma sensorların düzgün işləməsi ilə qurğuların heç bir halda FCC tələblərini pozmadığı aydınlaşdı.

Heç bir problemi olmayan yeganə smartfon Vivo 5 Mini idi. Bədəndən 10 mm və 2 mm məsafədə cihazın təsiri minimal nəticəni göstərdi.

Apple və Motorola nümayəndələri Chicago Tribune tədqiqat nəticələrini metodika səhvi adlandırdılar. Lakin heç biri smartfonlardakı radio şüa səviyyəsini necə ölçmək lazım olduğunu izah etməyib. FCC adıçəkilən istehsalçıların pozuntularına görə öz araşdırmasını aparacağına söz verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır