İKT

"HTC"nin CEO-su dəyişdi
17 SENTYABR
160

"HTC"nin CEO-su dəyişdi

2019-09-17 17:54:00

Smartfon bazarında rəqabətdə geri qalan "HTC" CEO-sunu dəyişir.

Fins.az xəbər verir ki, şirkətin yeni CEO-su Fransanın GSM operatoru "Orange" şirkətinin keçmiş idarəçilərindən İv Meitra olub. Bu günə qədər CEO vəzifəsini icra edən Şer Vanq isə "HTC" prezidenti olaraq qalacaq.

Yeni CEO ilə birlikdə "HTC"nin virtual və genişləndirilmiş həqiqətlə bərabər 5G və süni intellektə fokuslanmağa davam edəcəyi açıqlanıb

Qeyd edək ki, 2018-ci ildə gəliri 1 milyard dollardan aşağı düşən "HTC2 ağıllı telefon bölməsinin böyük bir hissəsini ötən il "Google"a satıb.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır