İKT

Oppo A9 smartfonu təqdim edildi – Smartfon digər cihazları yükləmək imkanına malikdir
17 SENTYABR
169

Oppo A9 smartfonu təqdim edildi – Smartfon digər cihazları yükləmək imkanına malikdir

2019-09-17 10:41:00

Oppo yeni smartfonunun adının sirrini açıb – A9 (2020). Bu model orta seqmentə aiddir və onun əsasını Snapdragon 665 prosessoru təşkil edir.

İstehsalçı bildirib ki, yeniliyi gələn ay satın almaq olacaq, lakin onun qiyməti hələ açıqlanmayıb.

Fins.az TED.az-a istinadən xəbər verir ki, Oppo A9 (2020) 6,5 düymlük HD+ göstəricili ekrana sahibdir. Mütəxəssislər hesab edirlər ki, belə bir diaqonal üçün bu çox aşağı göstəricidir.

Ekran 16 mp sensor ilə ön kamera altında damla şəklində kəsilib. Smartfonun arxa tərəfində barmaq izinin skaneri və əsas kameranın dörd tənzimçisi yerləşdirilib.

 

 

Əsas sensor 48 Mp fotomodullu, ikincisi 8 Mp geniş bucaqlı obyektivli, üçüncü isə makroçəkiliş üçün 2 MP-dir.

Digər 2 Mp sensor səhnə dərinliyini ölçmək üçün istifadə olunur. Smartfonun əsas kamerası Ultra Night Mode 2.0 gecə rejimi və portret rejimi — Portrait Stylizers-i alıb.

Selfi üçün kamera AI Beautifation xüsusiyyətini dəstəkləyir. Smartfonun əsasında Snapdragon 665 prosessoru dayanır, yenilikdə operativ 4 və ya 8 GB, daimi 128 və ya 256 GB yaddaş quraşdırılacaq.

Cihazda microSD formatlı yaddaş kartlarına dəstək var, iki stereodinamika quraşdırılıb və 5000 mAh batareyaya malikdir. Smartfonun əsas xüsusiyyəti isə digər cihazları yükləmək imkanı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır