İKT

Apple TV+ video xidməti təqdim edildi – YENİLİK
17 SENTYABR
79

Apple TV+ video xidməti təqdim edildi – YENİLİK

2019-09-17 10:40:00

Xidmət noyabrın 1-dən etibarən dünyanın 100-dən çox ölkəsində istifadəyə veriləcək.

Hələ baharda elan edilmişdi ki, Apple TV+ xidmətinin orijinal videoservisi Apple TV-nin yenilənmiş proqramının istifadəçiləri üçün əlçatan olacaq və abunəçiyə eksklüziv filmlər, seriallar və sənədli proqramlara baxmağa imkan verəcək.

Fins.az xəbər verir ki, Apple şirkətinin rəhbəri Tim Kuk (Tim Cook) rəsmi olaraq xidmətin noyabrın 1-də dünyanın 100-dən çox ölkəsində işə düşəcəyini təsdiqləyib.

Təqdimat zamanı Ceyson Momoanın (Jason Momoa) baş rol aldığı See serialının yeni treyleri nümayiş etdirilib, həmçinin elan edilib ki, müntəzəm olaraq eksklüziv kontentlə zənginləşəcək xidmətə aylıq abunə sizin bütün ailəniz üçün cəmi 4,99 dollar təşkil edəcək.

Bundan başqa, məlum olub ki, Apple-nin iPhone, iPad və digər texnikasının alıcıları Apple TV+ xidmətinin illik abunəliyini hədiyyə olaraq alacaqlar.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır