İKT

Kompüter arxasında iş zamanı qaməti düzəltməyə kömək edən sayt yaradılıb
17 SENTYABR
88

Kompüter arxasında iş zamanı qaməti düzəltməyə kömək edən sayt yaradılıb

2019-09-17 10:32:00

İnformasiya texnologiyaların həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər də danılmazdır. Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər.     

Bu baxımdan rusiyalı Olesya Çernyavskaya tərəfindən təqdim olunan yeni sayt öz qamətinə görə narahat olan və kompüter arxasında çox vaxt keçirən insanlara kömək edəcək.

Fins.az TED.az-a istinadən xəbər verir ki, Olesya Çernyavskaya şəbəkədə veb-kamera ilə birlikdə işləyən səhifə yaradıb. Obyektiv kompüter arxasında insanın vəziyyətini qeydə alır və o, düz oturmadıqda bütün səhifə bulanıq görünür. Kamera reaksiya verir və istifadəçinin qaməti düzəldikdə saytın aydınlığı geri qayıdır.

 

 

Olesya saytın necə işlədiyini Tvitterdə göstərib. Yeni sayt istifadəçilər tərəfindən bəyənilib. Əksəriyyət qıza layihəni inkişaf etdirməyi və böyük şirkətlərlə işləməyi məsləhət görüblər. Lakin Olesya bunun məhsul deyil, hobbi olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır