İKT

Apple-dan növbəti istefa
17 SENTYABR
87

Apple-dan növbəti istefa

2019-09-17 09:29:00

Disney şirkətinin icraçı direktoru Bob İger Apple şirkətinin çərşənbə axşamı baş tutan tədbirindən sonra vəzifəsindən istefa verib. Qeyd edək ki, Bob İger 2011-ci ildən iPhone 4S-in təqdimat tarixindən etibarən Apple-ın idarə heyətində çalışırdı. 

Fins.az-ın verdiyi məlumata görə, bu ayrılığın səbəbi Apple və Disney-in rəqabətcil məhsullarının olmasıdır. Disneyin uzun illərdir film sektorunda olması geniş bir baza yığımına kömək oldu və bunu yeni nəşr xidməti olan Disney+ tətbiqində qiymətləndirilməsi planlaşdırılır.

Apple-ın idarə heyətindən olan Tim Cook Bob İger haqqında müsbət fikirlər səsləndirib və "hər şeydən əvvəl o bizim dostumuzdur" deyərək cümləsini tamamlayıb.

“O, qəlbi ilə rəhbərlik edir və məsləhətləri ilə həmişə seçilir. İdarə heyəti üzvü olaraq şirkətə verdiyi töhfələri qaçırsaq da, qərarına hörmətlə yanaşırıq və həm Bobla, həm də Disney-lə münasibətlərimiz gələcəkdə də davam edəcək”, - deyə əlavə edib.  

Onu da qeyd edək ki, hər iki şirkət yayım platformalarını istifadəçilərə təqdim etməyə hazırlaşır. Apple TV+ noyabrın 1-də ayda 5 dollara, Disney+ isə noyabrın 12-də 7 dollarlıq qiymətlə satışa təqdim ediləcək.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır