İKT

Apple smartfonlarının satışı aşağı düşməyə davam edir
17 SENTYABR
84

Apple smartfonlarının satışı aşağı düşməyə davam edir

2019-09-17 09:25:00

Canalys analitik şirkəti hələ Apple-ın təqdimatından əvvəl iPhone smartfonlarının satışı üzrə məlumatları dərc edib.

Analitiklərin sözlərinə görə, son doqquz ay boyunca "alma" şirkətində smartfon satışı aşağı düşür.

Fins.az TED.az-a istinadən xəbər verir ki, ikinci rübdə istehsalçı 36 milyon ədəd qurğu göndərib. Apple smartfonlarının illik satışı 13% azalıb.

Təqdim olunan modellər arasında ən populyar olanı iPhone XR-dir.

Canalys-in məlumatına görə, iPhone XR-nin satış tarixində şirkət 47 milyon ədəd cihaz satıb.

İPhone XS və Xs Max satışları keçən ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər müvafiq olaraq 20 və 28 milyon ədəd təşkil edib.

Ümumiyyətlə, qlobal bazarda daha çox iPhone modelləri əldə edilir. Ən böyük tələbat iPhone 8, iPhone 8 Plus və iPhone X-ə və yuxarıda göstərildiyi kimi iPhone XR-dir.

Kupertina şirkəti üçün əsas bazarlar Çin, Yaponiya, Böyük Britaniya, Kanada və ABŞ olaraq qalır, Apple-ın “ağıllı ev” bazarındakı payı isə 35,5%-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır