İKT

Redmi-nin 70 düymlük televizoru dəqiqədə 295 ədəd satılır
16 SENTYABR
156

Redmi-nin 70 düymlük televizoru dəqiqədə 295 ədəd satılır

2019-09-16 18:15:00

15 dəqiqə ərzində şirkət 2 milyon dollarlıq Redmi TV satıb.

Fins.az  xəbər verir ki, bu gün Çində Redmi-nin 70 düym diaqonallı ekranla təchiz edilmiş ilk televizorunun satışına start verilib. Kampaniya "eyni pulla daha çox al" şüarı altında keçirilir — Çində analoji televizor, təxminən, 5600 yuan (785 $) məbləğinə təklif olunduğu halda, Redmi cihazı 3800 yuana (535 $) satılır. Ancaq ilk partiyadan olan televizorlar daha ucuz - 3400 Yuan (480 $) dəyərində təklif olunur. Təəccüblü deyil ki, ilk Redmi TV-yə həddindən artıq tələbat var.

Şirkətin hesabatında deyilir ki, cəmi 15 dəqiqə ərzində 15 milyon yuanlıq Redmi TV satılıb. Bunu birinci partiyanın modelinin dəyərinə bölsək Redmi televizorlarının satışının, təxminən, dəqiqədə 295 ədəd olduğu nəticəsini əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır