İKT

Yeni iPhone modelləri Azərbaycana niyə gec göndəriləcək? – AÇIQLAMA
16 SENTYABR
117

Yeni iPhone modelləri Azərbaycana niyə gec göndəriləcək? – AÇIQLAMA

2019-09-16 17:00:00

Alma Store Apple şirkətinin istehsal etdiyi məhsulların Azərbaycanda rəsmi satış mərkəzidir. Fins.az xəbər verir ki, ölkəmizdəki rəsmi satış mərkəzi digərləri ilə müqayisədə 3-cü kateqoriyada olduğu üçün iPhone 11 modelləri  Azərbaycana daha gec göndəriləcək.

Apple ilk olaraq ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya kimi birinci kateqoriyalı Apple Store-ların yerləşdiyi ölkələrdə məhsullarını satışa çıxarır.

“Premium receller yox, böyük Apple Store-ların olduğu ölkələr 1-ci kateqoriya hesab edilir. Azərbaycanda isə Alma Store Premium Receller statusundadır”, – deyə məlumatda qeyd olunub.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır