İKT

Televiziya kanalına kiber hücumu olub
13 SENTYABR
68

Televiziya kanalına kiber hücumu olub

2019-09-13 10:26:00

Gürcüstanın Birinci kanalının serverinə xarici müdaxilə nəticəsində kiber hücumu olub.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə teleşirkət məlumat yayıb.

Kiber hücumu nəticəsində bu gün yayımçının şəbəkəsində virus yayılıb. Virus Birinci kanalın serverində vacib faylları şifrələyib və pozub.

Digər serverlərdə virusun qarşısını almaq mümkün olub.

Faktla bağlı Birinci kanal Gürcüstanın Daxili İşlər Nazirliyinə məlumat verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır