İKT

Pilotsuz aerotaksi startapı 50 milyon avro cəlb edib
11 SENTYABR
96

Pilotsuz aerotaksi startapı 50 milyon avro cəlb edib

2019-09-11 12:16:00

Alman startapı "Volocopter" (keçmiş "E-volo") son investisiya raundu çərçivəsində 50 milyon avro həcmində vəsait cəlb edib.

Fins.az xəbər verir ki, raundun lideri "Geely" və "Volvo" avtomobil istehsalçılarının sahibi olan "Zhejiang Geely Holding Group" olub. Bu günə kimi startap "Intel" və "Daimler" şirkətləri də daxil olmaqla investorlardan 81 milyon avro cəlb edib.

Cəlb olunan vəsait 2021-ci ildə baş tutacaq aerotaksinin kommersiya reyslərinin işə düşməsinə hazırlığa sərf ediləcək.

Xatırldaq ki, avqustun 21-də startap "Volocity" adlı ilk pilotsuz kommersiya aerotaksisini təqdim edib. Nəqliyyat vasitəsi 110 km/saat sürətlə 2 nəfəri 35 kilometr məsafəyə kimi apara bilir. Prototiplərdən birinin test uçuşu Helsinki hava limanında həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır