İKT

"iPhone 11", "11 Pro" və "11 Pro Max" təqdim olundu - QİYMƏTLƏRİ və ÖZƏLLİKLƏRİ
11 SENTYABR
104

"iPhone 11", "11 Pro" və "11 Pro Max" təqdim olundu - QİYMƏTLƏRİ və ÖZƏLLİKLƏRİ

2019-09-11 11:53:00

"Apple"ın maraqla gözlənən yeni "iPhone" modelləri tanıdıldı.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, şirkət ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşən "Apple Park"da təşkil olunan tədbirdə yeni smartfonları "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max"ı təqdim edib.

İki arxa kameralı "iPhone 11"in satış qiyməti 699 dollardan başladığı halda, üç arxa kameralı "iPhone 11 Pro"nun qiyməti isə ilkin olaraq 999 dollar olaraq müəyyən olunub. "iPhone 11 Pro Max" isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.

"iPhone 11"də ekran böyüklüyü 6,1 düym, "iPhone 11 Pro"da 5,8 düym, "iPhone 11 Pro Max"da isə 6,5 düymdür.

"iPhone 11"in iki arxa və bir ön kamerası 12 MP-dir. "iPhone 11 Pro" və "iPhone 11 Pro Max"ın üçlü arxa kamera sistemi 12 MP geniş bucaqlı, 12 MP telefoto və 12 MP ultra geniş bucaqlı linzalardan ibarətdir.


"iPhone 11"in enerji saxlama müddəti "iPhone XR" ilə müqayisədə 1 saat daha çox, "iPhone 11 Pro"nun "iPhone XS" ilə müqayisədə 4 saat daha çox, "iPhone 11 Pro Max"ın isə "iPhone XS Max" ilə müqayisədə 5 saat daha çoxdur.

Saxlama yaddaşına görə "iPhone 11" 64 GB, 128 GB və 256 GB versiyaları ilə təqdim olunduğu halda, "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" 64 GB, 256 GB və 512 GB versiyaları ilə təqdim olunacaq.

Qeyd edək ki, smartfonlar 20 sentyabrdan etibarən satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır