İKT

Təqdimata saatlar qala yeni “iPhone” modellərinin qiymətləri ortaya çıxdı
10 SENTYABR
167

Təqdimata saatlar qala yeni “iPhone” modellərinin qiymətləri ortaya çıxdı

2019-09-10 16:51:00

Artıq bugün axşam Apple şirkəti yeni iPhone modellərini təqdim edəcək. Lakin indi olmuş məlumat sızıntısı şirkətin təqdimatı barəsində maraqlı təfərrüatları ortaya çıxardıb. Belə ki, bu gecə baş tutacaq təqdimatda şirkət daha öncədən ləğv edilmiş cihazı yenidən təqdim edə bilər. Bununla yanaşı sızdırılmış məlumatda yeni iPhone modellərinin qiymətləri də əks olunub. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə internetə sızdırılmış fotoya əsasən bugünki təqdimatda smartfon və smart saat modelləri ilə yanaşı həmçinin AirPower naqilsiz şarj stansiyasını da təqdim edə bilərlər.

Qeyd etmək lazımdır ki, bu şarj stansiyası bu ilin mart ayında ləğv edilmişdi. Həmçinin siyahıda AirPods qulaqlıqları da var. Heç istina deyil ki, şirkət naqilsiz qulaqlıqların yeni modelini təqdim edəcək. Ən maraqlısı isə yeni iPhone modellərinin qiymətləridir. Siyahıda qeyd edilmiş qiymət göstəriciləri bir neçə müddət bundan öncə müxtəlif mənbələrdən sızdırılmış qiymət göstəriciləri ilə üst-üstə düşür. Beləliklə adi iPhone 11 modeli 6.1 düym LCD ekran və 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.

 64 GB daxili yaddaşa sahib model 749$-a, 128 GB daxili yaddaşa sahib model 799$-a, 256 GB daxili yaddaşa sahib model isə 899$-a satılacaq. iPhone 11 Pro modeli 5.8 düym OLED ekran, 128/256/512 GB daxili yaddaş həcmi və üçlü arxa kamera ilə təchiz olunacaq. 128 GB daxili yaddaşa sahib model 999$-a, 256 GB daxili yaddaşa sahib model 1099$-a, 512 GB daxili yaddaşa sahib model isə 1199$-a satılacaq. iPhone 11 Pro Max modeli 6.5 düym OLED ekran və həmin daxili yaddaş göstəricilərini əldə edəcək. 128 GB daxili yaddaşa sahib model 1099$-a, 256 GB daxili yaddaşa sahib model 1199$-a, 512 GB daxili yaddaşa sahib model isə 1299$-a satılacaq. Məlumatda qeyd edilib ki, iPhone 11 Pro və Pro Max modelləri artıq 20 sentyabr tarixində satışa çıxacaqlar. 

©technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır