İKT

Xiaomi simsiz enerji toplama texnologiyası hazırladı
10 SENTYABR
76

Xiaomi simsiz enerji toplama texnologiyası hazırladı

2019-09-10 16:37:00

Xiaomi bu günlərdə sürətli və simsiz enerji toplama texnologiyasını təqdim edəcək. Şirkət Weibo sosial şəbəkəsində təqdimata həsr olunmuş afişa nəşr edib.

Xiaomi-dən qeyd ediblər ki, onların texnologiyası smartfonların simsiz şəkildə doldurulması üçün ən sürətli yol olacaq. Digər detallar hələ açıqlanmır.

Fins.az TED.az-a xəbər verir ki, daha əvvəl insayderlər Mi Mix 4 smartfonunun 30 Vatt-lıq simsiz şarj dəstəyi alacağını bildiriblər.

Mix 4-ə gəldikdə isə, onun təqdimatı sentyabrın 24-nə planlaşdırılır. Şayiələrə görə, bu smartfonda Snapdragon 855 plus prosessoru və Samsung bright HMX-in 108 Mp-də əsas kamera modulunu quraşdıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır