İKT

Xiaomi Hindistanda 100 milyon smartfonunu hər kəsdən daha tez satdı
10 SENTYABR
92

Xiaomi Hindistanda 100 milyon smartfonunu hər kəsdən daha tez satdı

2019-09-10 15:53:00

Hindistan bir çox smartfon istehsalçıları üçün əhəmiyyətli bazardır. Amma burada heç də hamı uğur qazanmır.  

Məsələn, Xiaomi şirkəti Hindistan bazarında nəinki möhkəmlənib, həm də Samsung-un hər zaman qoruyub saxladığı birinciliyi ələ keçirə bilib.

Fins.az xəbər verir ki, bu gün şirkət Hindistan bazarına daxil olduqdan sonrakı dövrdə - yəni  beş il ərzində orada 100 milyon smartfon satdığını söyləyib.

Daha doğrusu, 100 milyon ədəd smartfon 2014-cü ilin üçüncü rübündən 2019-cu ilin iyuluna qədər satılıb ki, bu da IDC-nin məlumatlarının göstəricisidir. Bu nailiyyətin əsas töhfəsini Redmi A və Redmi Note xətti verib.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır