İKT

3D-printerdə süni intellektli avtobus çap edilib
10 SENTYABR
87

3D-printerdə süni intellektli avtobus çap edilib

2019-09-10 15:43:00

Local Motors şirkəti tərəfindən süni intellektli avtobus çap edilib.

Fins.az xəbər verir ki, Local Motors şirkəti süni intellektlə təchiz olunan və üçölçülü çap vasitəsilə yaradılan dünyanın ilk avtobusunu təqdim edib. Nəqliyyat vasitəsinin detallarının 80%-i additiv texnologiyalar vasitəsilə yaradılıb. Hazırda layihə sınaq və tamamlanma mərhələsindədir.

Local Motors 2016-cı ildə IBM şirkəti ilə birgə hazırlanan Olli adlı sürücüsüz avtobusunu nümayiş etdirib. Nüfuzlu kompüter istehsalçısı ilə əməkdaşlıq gənc şirkətə süni intellekt sahəsində texnologiyalardan istifadəyə imkan verib. Tədqiqatlar nəticəsində kuza detalları 3D-printerin köməyi ilə hazırlanan yenilənmiş Olli avtobusu ərsəyə gətirilib.

Hazırda Olli küçələrdə istifadəyə hazır deyil. Model aşağı sürətli rejim və hospital, hərbi zona və ya istirahət bazaları kimi qapalı ərazilərdə hərəkət üçün nəzərdə tutulub.

Əvvəlki modellə müqayisədə Olli-nin ikinci nəslində bir sıra təkmilləşdirmə işləri aparılıb. Belə ki, sərnişin tutumu 12 nəfər təşkil edən avtobus tam enerji topladıqdan sonra 160 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi saatda 40 km sürətlə hərəkət edir. Bundan əlavə, model müəyyən şəraitlərdə insan köməyi olmadan hərəkət etməyə imkan verən dördüncü səviyyəli avtopilot rejimi ilə seçilir.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır