İKT

SanDisk IFA 2019-da 1 TB-lıq SD kart təqdim edib
10 SENTYABR
80

SanDisk IFA 2019-da 1 TB-lıq SD kart təqdim edib

2019-09-10 12:58:00

Berlində keçirilən IFA 2019 sərgisində SanDisk 1TB-lıq SDXC yaddaş kartını təqdim edib. Yaddaş kartı üçün 170 MB/s-ə qədər oxumaq və 90 MB/s yazmaq xüsusiyyəti bəyan edilib.

Fins.az xəbər verir ki, hazırda SD kartları əsasən foto və video kameralarda istifadə olunur, smartfonlar üçün isə microSD formatlı kartlar quraşdırır.

 

Yeni yaddaş kartı çox bahalıdır – 499 $. Bu məbləğə müasir standartlara uyğun olan yaxşı bir smartfon almaq mümkündür.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Lexar şirkəti 1 TB-lıq SD kartını təqdim edib, lakin SanDisk-in yeniliyi onu oxumaq və yazmaq sürətinə görə geridə qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır