İKT

VKontakte yenilik etdi – Şəklini və ya imzanı əlavə etməklə istənilən rəngdə QR kodu düzəlt
09 SENTYABR
69

VKontakte yenilik etdi – Şəklini və ya imzanı əlavə etməklə istənilən rəngdə QR kodu düzəlt

2019-09-09 09:04:00

VKontakte  pulsuz generator – QR kodlarını işə saldı. İstifadəçilər QR kodunu istənilən rəngdə və şəkildə yarada bilərlər.

Fins.az TED.az-a istinadən xəbər verir ki, yenilik generator, mətn, geolokasiya, əlaqə məlumatları, təqvim hadisələri və  sürətli şəbəkə bağlantısı üçün parametrləri olan QR kodları yaratmağa imkan verir. QR kodunu, öz şəklini və ya imzanı əlavə etməklə, istənilən rəngdə düzəltmək olar.

QR kodlarını, həmçinin sosial şəbəkə mobil tətbiqetməsindən istifadə edərək, tətbiqlər vasitəsilə skan edə bilərsiniz.

Sosial şəbəkələrdə konstruktora VKontakte vasitəsilə pul köçürmələrindən istifadə üçün QR-kod generatoru da əlavə ediləcəyi vəd edilir. Bu funksiyanı ayrıca fəaliyyət göstərdiyinə görə, ayarlar səhifəsinin “Ödənişlər, Abunəliklər, Transferlər” bölməsində, İOS-da isə “Pul köçürmələri” menyusunda istifadə etmək mümkün olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır