İKT

Xiaomi şirkəti iPhone və Android üçün 10 000 mAs gücündə powerbank istehsal edib
06 SENTYABR
176

Xiaomi şirkəti iPhone və Android üçün 10 000 mAs gücündə powerbank istehsal edib

2019-09-06 17:08:00

Xiaomi daha bir powerbank istehsal edib. Idmix Super Travel Charger adlı yeni model iPhone/iPad üçün MFi sertifikatını alıb.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, yenilik səyahət üçün aksessuar kimi nəzərdə tutulub və iki versiyada — iPhone və iPad üçün, eləcə də Android cihazları üçün təqdim olunur.

 

 

Apple versiyasında portativ batareyanın gücü 12 Vt-dır, bu da ən güclü iPhone-nu 40 dəqiqə ərzində 30%-ə qədər yükləməyə imkan verir. Android versiyasının gücü 15 vatt təşkil edir.

Çində Apple smartfonu və tablet üçün Xiaomi idmix Super Travel Charger üçün 37 dollar tələb olunur, Android versiyası isə 30 dollar dəyərindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır