İKT

Galaxy A90 5G telefonlarının debütü – 750 dollar…
06 SENTYABR
106

Galaxy A90 5G telefonlarının debütü – 750 dollar…

2019-09-06 15:15:00

Samsung şirkəti səs-küyə səbəb olan Galaxy A90 5G smartfonunu təqdim edib. Fins.az xəbər verir ki, yeni məhsulda Adreno 640 Qrafik Sürətləndirici ilə güclü səkkiznüvəli Qualcomm Snapdragon 855 prosessoru istifadə edilib. Operativ yaddaşın həcmi 6 GB və ya 8 GB, fləş tutumu 128 GB təşkil edir.

Qurğu beşinci nəsil (5G) mobil şəbəkələri dəstəkləyir və bu funksionallıq Snapdragon X50 5G modemi tərəfindən təmin edilir. Burada 5G Non Standalone (NSA) memarlığı istifadə olunur.

Smartfon Full HD+ formatında (2400×1080 piksel) 6.7 düymlük Super AMOLED Infinity-U ekranı ilə təchiz edilib. Kiçik bir ekran kəsiyində 32 Mp ön kamera mövcuddur. Ekran bölgəsinə barmaq izi skaneri quraşdırılıb.

Əsas kamera üçlü blok şəklində hazırlanıb: onun konfiqurasiyasına 48 milyon (f / 2.0), 5 (f / 2.2) və 8 (f / 2.2, 123 dərəcə) milyon piksellik modullar daxildir.

Cihaz misilsiz həndəsi naxışlarla hazırlanıb. İki rəng variantı var - qara və ağ. Ölçüləri 164.8×76.4×8.4 mm, çəkisi - 206 qr.

Smartfon  Wi-Fi 802.11ac və Bluetooth 5 adapterləri, həmçinin USB Type-C portu ilə işləyir. Telefon 4500 mAh tutumlu bir batareyadan güc alır.

Yeni məhsulda Samsung One UI əlavəsi ilə Android 9.0 (Pie) əməliyyat sistemindən istifadə edilib. Galaxy A90 5G, Samsung DeX dəstəyini alan ilk Galaxy A Series telefonudur. Qiymət təxminən 750 ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır